Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

“MƏHSUL” STADİONUNUN ACINACAQLI VƏZİYYƏTİ Sabiq nazirin müraciəti (FOTOLAR) AzPolitika onlayn siyasiictimai qəzet

“MƏHSUL” STADİONUNUN ACINACAQLI VƏZİYYƏTİ Sabiq nazirin müraciəti (FOTOLAR) AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri Məmməd Abbasov sosial şəbəkədə Bakının Yasamal rayonu ərazisində yerləşən məşhur “Məhsul” stadionunun acınacaqlı vəziyyəti barədə yazı paylaşıb.

“AzPolitika” stadiona yaxın ərazinin sakini olan sabiq nazirin haqlı qeydlərini təqdim edir:

“5 ildir ku, bu futbol meydançası acınacaqlı vəziyyətdədir. 2019-cu ildə meydançaya iki ekskavator daxil olub onun ətrafını, meydançanın ayrı-ayrı yerlərini qazıb, yarıtmaz vəziyyətə gətirdi. Belə şayiə yaydılar ki, burada park salınacaq. 2 il stadion o vəziyyətdə qaldı. Antisanitariya baş alıb getdi, ərazi böyük xəstəlik mənbəyinə çevrildi. Kovid epidemiyası zamanı da meydançaya fikir verən olmadı. Vəziyyətin acınacaqlı olması haqqında sakinlərin sosial şəbəkələrdə (08 fevral 2022-ci il və 08 yanvar 2023-cü il tarixlərində) şikayətləri yayıldı. Məqsəd Yasamal Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, Azərbaycan Həmkarlar İttifaqlarının rəhbərliklərinin diqqətini yaranmış vəziyyətin aradan qaldırılmasına cəlb etmək idi. Çox təəssüflər olsun ki, yenə də əsaslı bir iş görülmədi. Keçən illərdə hüqüq-mühafizə orqanları tərəfindən stadionun 2 məsul şəxsinə qarşı cinayət işi qaldırılması haqqında mətbuatda məlumat yayıldı ki, onlar stadionun ərazisini qanunsuz olaraq satmağa cəhd ediblər. Bu məlumatdan sonra insanlarda belə əminlik yarandı ki, deyəsən, müvafiq tədbir görüləcək. Çox təəsüflər olsun ki, bu dəfə də dönüş yaranmadı.

Stadionda iki ildən artıq qalmış traktorlar yararsız vəziyyətə düşdüyündən, onları ağır tonajlı maşınlara yükləyib başqa yerə apardılar. Qazılmış yerləri torpaqla doldurub, bununla da işlərini bitmiş hesab etdilər.

COP29-la əlaqədar paytaxtda xeyli abadlıq işləri görülüb, yeni asfalt örtüklər salınıb, kütləvi yaşıllaşdırma işləri görülüb, hətta bütün yaşayış binaları səliqə-səhmana salınıb. “Məhsul” stadionu isə açınacaqlı vəziyyətdə qalıb. Düzdür, oranın təmizlik işinə baxan qadınlar hər gün yerdə olan tullantıları yığırlar, amma bu kifayət etmir. Əsaslı təmirə ehtiyac var. Divarlar, tribunalar çox biabırçı vəziyyətdədir.

Hal-hazırda stadionun yanında Azərbaycan Həmkarlar İttifaqları İdman Assosiasiyası "QARABAĞ" bədən tərbiyyəsi idman cəmiyyəti və Həmkarlar İttifaqlarının “Gənclik” Tələbə İdman Cəmiyyətinin Respublika Şurası yerləşir və güya fəaliyyət göstərirlər. Respublika Həmkarlar İtitifaqları Təşkilatının rəhbərliyi bu yaxınlarda dəyişdirilib. İnanmaq istəyirik ki, müvafiq tədbir görüləcək, stadion öz əzəmətli görkəmini alacaq.

Və ya onun yerində gözəl park da salmaq olar. Amma sakinlər arasında söz-söhbət gəzir ki, stadionun ərazisi özəl qurumlara mənzil tikintisi üçün satılıb. Əgər bu həqiqətdirsə minlərlə yaşlı, gənc insanın, məktəblilərin istirahət yeri ləvğ ediləcək. Sözsüz ki bu da böyük narazılığa səbəb olacaqdır.

Son illər Heydər Əliyev fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərinin bir çox yararsız vəziyyətdə olan məhəllələri abadlaşır, bərpa edilir və sakinlərin istifadəsinə verilir. Bu meydançanın da yerində fondun nəzarəti ilə gözəl park salınması məqsədəuyğun olar. Park burada yaşayan insanların istirahət ocağına çevrilər və onların ümidləri doğrular. Bu müraciət, meydançanın ətrafında yaşayan minlərlə vətəndaşın ümumi fikridir. Xahiş edirik müvafiq tədbir görülsün. Onsuz da bu ərazidə yaşayış binaları böyük sıxlıq yaradib. Güman edirik, müraciətimiz cavabsız qalmayacaq”.

“AzPolitika.info”







Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri