Icma.az
close
up
RU
Məhsulun qiymətini aşağı salmaq satışların artacağına zəmanət vermir

Məhsulun qiymətini aşağı salmaq satışların artacağına zəmanət vermir

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Şirkətlər bazarda rəqabət apararkən tez-tez qiymət endirimlərindən və daha ucuz məhsul təkliflərindən istifadə edirlər. Xüsusilə rəqiblərin çox olduğu sektorlarda aşağı qiymət müştərinin diqqətini cəlb etmək və satışları artırmaq üçün əsas vasitələrdən biri hesab olunur. Lakin istehlakçıların alış qərarlarında qiymətin rolu ilə bağlı aparılan araşdırmalar göstərir ki, ucuz məhsul təklif etmək hər zaman müştərini alışa sövq etmir.

Boston Consulting Group-un (BCG) 2026-cı ildə açıqladığı araşdırmada 12 bazarda 13 mindən çox istehlakçının fikirləri öyrənilib. Nəticələrə görə, respondentlərin 67 faizi məhsulu almağa maddi imkanları olsa belə, onu kifayət qədər dəyərli hesab etmədikləri halda almayacaqlarını bildirib. Araşdırma çərçivəsində 1 000-dən çox brendin fəaliyyəti də təhlil edilib.

Bu nəticə göstərir ki, istehlakçı üçün əsas məsələ yalnız məhsulun qiymətinin münasib olması deyil, ödədiyi məbləğin qarşılığında nə əldə etməsidir. Başqa sözlə, alıcı məhsulun keyfiyyətini, funksionallığını, davamlılığını, rahatlığını və gündəlik ehtiyaclarını nə dərəcədə qarşıladığını da qiymətləndirir.

Qiymət diqqəti cəlb edir

BCG-nin araşdırmasında qiymətin istehlakçı qərarlarında əhəmiyyətini itirmədiyi, lakin alış prosesində onun rolunun dəyişdiyi vurğulanır. Belə ki, qiymət məhsulun alıcının seçim dairəsinə daxil olub-olmayacağını müəyyənləşdirir. Ancaq son qərar zamanı istehlakçı daha çox həmin məhsulun ödəyəcəyi məbləğə dəyib-dəymədiyini düşünür.

Məsələn, iki fərqli mağazada eyni kateqoriyaya aid məhsullar təqdim olunduğunu təsəvvür edək. Birinci mağazada məhsul daha ucuzdur, lakin keyfiyyəti, istifadə müddəti və təqdim etdiyi imkanlar məhduddur. Digər mağazada isə qiymət nisbətən yüksək olsa da, məhsul daha davamlıdır və alıcının ehtiyaclarını daha yaxşı qarşılayır. Belə vəziyyətdə istehlakçı yalnız ilkin qiymətə deyil, məhsuldan uzun müddət ərzində əldə edəcəyi faydaya əsasən seçim edə bilər.

Bu yanaşma xüsusilə elektronika, məişət texnikası, geyim və avtomobil kimi məhsulun keyfiyyəti və istifadə müddətinin əhəmiyyət daşıdığı sahələrdə özünü göstərə bilər.

Dəyər yalnız keyfiyyət deyil

İstehlakçının məhsula verdiyi dəyər anlayışı təkcə onun keyfiyyəti ilə məhdudlaşmır. BCG araşdırmasına əsasən, keyfiyyət dəyər məmnuniyyətinin ən mühüm amilidir. Bununla yanaşı, məhsulun qiyməti, endirimlər, xidmət səviyyəsi, rahatlıq, şəxsi ehtiyaclara uyğunluq və vaxta qənaət kimi amillər də alış qərarına təsir edir.

Məsələn, bir onlayn mağazanın məhsulu rəqiblərindən bir qədər baha ola bilər. Lakin sürətli çatdırılma, rahat sifariş prosesi və satışdan sonrakı xidmət həmin fərqi alıcı üçün əsaslandırır. Eyni zamanda, məhsulun daha uzun müddət istifadə edilməsi də onun ilkin qiymətini istehlakçı baxımından məntiqli edə bilər.

Deməli, şirkətlərin yaratdığı dəyər yalnız məhsulun özündə deyil, müştərinin alışdan əvvəl və sonra əldə etdiyi ümumi təcrübədə də formalaşır.

Ucuz qiymət strategiyasının sərhədləri

Şirkətlər qiymətləri aşağı salmaqla qısa müddətdə daha çox müştərinin diqqətini cəlb edə bilərlər. Ancaq bu yanaşmanın davamlı satış və gəlirlilik baxımından müəyyən məhdudiyyətləri var. Rəqiblər də eyni məhsulu daha aşağı qiymətə təklif etdikdə şirkətin qiymət üstünlüyü zəifləyə bilər. Bundan əlavə, davamlı endirimlər mənfəət marjasını azalda və biznesi qiymət rəqabətindən asılı vəziyyətə sala bilər.

Deloitte-un 2025-ci ildə açıqladığı istehlakçı araşdırması da bu məsələyə diqqət çəkir. ABŞ-da aparılan sorğuda istehlakçıların 10-40 faizi arasında brendin dəyəri ilə bağlı təsəvvürün qiymətdən kənar amillərlə formalaşdığı müəyyən edilib. Araşdırmada məhsula əlavə dəyər qazandıran brendlərin daha yüksək alış niyyəti yaratdığı da qeyd olunur.

Bu baxımdan şirkətlər üçün əsas məsələ sadəcə daha ucuz məhsul təklif etmək deyil, müştərinin ödədiyi pulun qarşılığında nə əldə etdiyini aydın göstərməkdir. Çünki istehlakçı üçün münasib qiymət həmişə ən aşağı qiymət demək deyil. Bəzən daha bahalı məhsulun uzunmüddətli istifadəsi, keyfiyyəti və təqdim etdiyi rahatlıq onu daha sərfəli seçimə çevirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://banco.az
archiveBu xəbər 25 Noyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see361

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see317

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see288

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see277

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see273

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see264

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see252

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see250

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see236

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see234

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see230

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see229

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see224

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see218

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see216

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see214

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see202

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see195

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see193

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri