Icma.az
close
up
RU
Məişət zorakılığına qarşı mübarizə mövzusu jurnalistika üzrə etik kodekslərdə

Məişət zorakılığına qarşı mübarizə mövzusu jurnalistika üzrə etik kodekslərdə

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Beynəlxalq təşkilatlar məişət zorakılığı ilə mübarizə məsələsində kütləvi informasiya vasitələrinin fəaliyyətini düzgün istiqamətə yönləndirmək üçün təlimatlandırıcı vəsaitlər hazırlayırlar. Bu vəsaitlərin bir qismində məişət zorakılığı məsələsinə “ayrıseçkiliyin yolverilməzliyi”, yaxud “gender bərabərliyi” kontekstində yanaşılır. Məsələn, Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən hazırlanmış “Jurnalistlərin davranış prinsipləri haqqında bəyannamə" adlandırılan sənədin 7-ci bəndində göstərilir ki, “...cinsi mənsubiyyətə əsaslanan ayrıseçkilik yolverilməzdir”. Sənədin davam edən digər müddəalarında qadınlar və uşaqlar haqqında informasiya hazırlamağın şərtləri sadalanır, zorakılığın pislənilməsinə çağırış edilir

(https://www.unicef.org/georgia/sites/unicef.org.georgia/files/2019-10/cartiaen.pdf) . Bu prinsip dünyanın demokratik ölkələrində, o cümlədən Azərbaycanda xəbər istehsalçıları üçün hazırlanmış etika məcəllələrində təkrarlanır.

Azərbaycanda “Jurnalistlərin Etik Davranışı Qaydaları” (Etik Kodeks) gender bərabərliyinin təmin edilməsinə, həmçinin, məişət zorakılığına qarşı mübarizə məsələsinə töhvə vermək baxımından yenilənib. 2018-ci ildə yeni versiyada hazırlanmış JEDQ gender bərabərliyi, ayrıseçkiliyin yolverilməzliyi və media azadlığı məsələsinə kompleks yanaşmanı ifadə edir. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin 1 noyabr 2018-ci il tarixli iclasında əsas olaraq qəbul edilmiş “Jurnalistlərin Etik Davranış Qaydaları”nın (JEDQ) 4-cü prinsipi “Ayrıseçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsiplərinin təşviqi” adlandırılıb. Həmin prinsipdə gender bərabərliyi, ayrıseçkiliyin yolverilməzliyi və zorakılığın pislənilməsi tam ifadə olunub:

- 4.1. Jurnalist ayrı-seçkiliyə yol verilməməsi və gender bərabərliyi prinsiplərinə hörmət etməli, cinsi ayrı-seçkilik yaradan və ya cinsi nifrətə çağıran üslubdan uzaq durmalı, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsi mənsubiyyətini vurğulamamalı və ya fərqləndirməməlidir.

- 4.2. Jurnalist gender stereotiplərini təbliğ etməməli, onlara qarşı mübarizə aparmalı və mediada qadınların və kişilərin pozitiv və gender stereotiplərindən azad imajını təşviq etməlidir.

- 4.3. Jurnalist gender-əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender-əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmalıdır ( https://presscouncil.az/az/code-of-professional-ethics-for-journalists-in-azerbaijan).

Məişət zorakılığı mövzusunun getdikcə aktuallaşdığını və medianın bu problemə qarşı mübarizədə önəmli rol oynadığını nəzərə alaraq, xəbər istehsalçıları üçün tərtib edilən kodekslər də yenilənir. Yenilənmiş kodekslərdə məişət zorakılığının mahiyyəti və bu problemə qarşı mübarizədə medianın rolunu ifadə edən müddəalar konkretləşdirilir.

Böyük Britaniyada fəaliyyət göstərən, məişət zorakılığına məruz qalan insanlar üçün xeyriyyə kampaniyaları təşkil etmək sahəsində ixtisaslaşan “Sıfır tolerantlıq” təşkilatının (Zero Tolerance ) müəllifliyi ilə yeni media kodeksi hazırlanıb. Kodeks “Qadınlara və qızlara qarşı zorakılıqlar barədə reportaj hazırlamağın 10 şərti: məsuliyyətlilik və dəqiqlik” adlandırılıb ( Violence Against Women and Girls – VAWG: 10 steps to reporting violence against women and girls: responsibly and accurately:https://www.zerotolerance.org.uk/resources/Media-Guidelines-on-Violence-Against-Women.pdf ).

10 bənddən ibarət olan kodeksdə məişət zorakılığı mövzusunda məqalə hazırlamağın bütün prinsipləri əks olunub:

- Zorakılığa məruz qalmış qadınlar haqqında məlumatı elə hazırlayın ki, onların ləyaqət hissi aşığalamasın. Mövzunu sensassiyaya çevirib sui-istifadə etməyin: məsələni həddindən artıq dramatikləşdirməyin. Qurbanların transgender, porno layihələrin iştirakçısı, seks xidmətçisi olduğunu vurğulamayın. Həmçinin, hədsiz dərəcədə təfərrüatlara varmayın, anonimliyi pozmayın, təhlükəsizlik şərtlərini qoruyun.

- Aktual hadisələrdə, gündəlik xəbərlərdə görünməyən, eşidilməyən və oxunmayan qadınlara tribuna verin. Onların fərqli hekayələrini təqdim edin. Məsələn, yaşlı qadınlar, etnik azlıqlardan olan qadınlar, əlil qadınlar və s mövzusuna yer ayırın.

- Zorakılığın səbəbləri haqqında aydın təsəvvür yaradın. Problemin əsasən gender bərabərsizliyi, kişilərin cəmiyyətdə qadınlardan daha çox gücə sahib olması kimi streotiplərdən qaynaqlandığını vurğulayın.

- Məişət zorakılığı törətmiş cinayətkarın hərəkətlərinin alkoqol, psixi sağlamlıq, maliyyə təzyiqləri və ya stress səbəbindən yarandığını söyləməyin, kişilərin zorakılığına bəraət qazandırmayın. Bu cür yanaşma məişət zorakılığı amilini daha da gücləndirir.

- Qadının nə geyindiyini, nə yeyib nə içdiyini, kiminlə münasibətinin olduğu barədə nüansları verməyin və zorakılığa görə başqa “izah” tapmağa çalışmayın. Bu, əhəmiyyətsizdir. Cinayətkarlar öz hərəkətlərinə görə məsuliyyət daşıyırlar.

- Cinayəti dəqiq təsvir edən sözlərdən istifadə edin: qadınlara qarşı zorakılıq, məişət zorakılığı, zorlama, qətl, uşaq istismarı, emosional zorakılıq, məcburi nəzarət və s.

- Cinayətkardan sitat gətirməkdən çəkinin. Bu, onların qurbanlarına əlavə travma verə bilər.

- İstintaqı davam edən işlərdə zorakılıq qurbanı olmuş qadınların adlarını çəkməməyə çalışın. Hətta bunu etmək qanuni olsa belə. Qurbana çevrilmiş qadının adını yalnız onun özünün icazəsi olduqda istifadə edin. İnsident ölümlə nəticələnibsə, qurbanın (qadının) adından istifadə edin.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi tərəfindən hazırlanıb.

Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində məişət zorakılığı mövzusunda informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Məişət zorakılığının qarşısının alınmasında medianın rolunun artırılması” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 7 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Noyabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see293

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see235

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see209

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see184

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see174

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see172

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see167

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see166

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see147

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see145

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see145

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see135

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see133

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see125

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri