Icma.az
close
up
RU
Məkkə sazişi üç ölkəyə təhdid yaradan dövlətlərə ciddi xəbərdarlıqdır Aydın Sezer

Məkkə sazişi üç ölkəyə təhdid yaradan dövlətlərə ciddi xəbərdarlıqdır Aydın Sezer

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu sənəd İranın regiondakı təsirini neytrallaşdırmağa yönəlmiş addım ola bilər”

Avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə sazişi beynəlxalq mətbuatda geniş əks-səda doğurub. NATO-nun ikinci ən böyük ordusuna malik Türkiyə, nəhəng neft istehsalçısı Səudiyyə Ərəbistanı və nüvə silahına sahib yeganə müsəlman ölkəsi Pakistan arasındakı bu ittifaq qlobal miqyasda ciddi maraqla qarşılanır.

Sazişə əsasən üç ölkədən birinə edilən silahlı hücum, müqavilənin bütün iştirakçılarına edilmiş hücum kimi qiymətləndiriləcək. Bir sıra ekspertlər və rəsmi şəxslər bu sazişi NATO-nun strateji hədəfləri ilə müqayisə edərək, ona fərqli geosiyasi məna yükləyirlər. Məkkə sazişinin üç ölkənin regiondakı rəqiblərinə qarşı atılan addım olduğu barədə də fikirlər səslənir. Hətta sazişin İsrail, Hindistan və Yunanıstan üçbucağına qarşı yönəldiyini iddia edənlər də var. Hindistan mətbutatı da Pakistanın yer aldığı ittifaqı birmənalı qarşılamayıb. İsrailin “The Jerusalem Post” qəzeti Məkkə paktının İsrail-Hindistan əlaqələrinin daha da dərinləşməsinə səbəb olacağını yazıb.

Bəs hansı səbəblər üç ölkəni müdafiə məqsədilə eyni sazişdə bir araya gətirdi?

Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə müqaviləsinin iki əsas əhəmiyyəti var:

“Birincisi, sazişin Məkkədə imzalanması İslam dünyası üçün rəmzi məna daşıyır və bütün İslam aləmini yaxından maraqlandıran ali məqsədə xidmət edir. Şübhəsiz ki, Türkiyə ictimaiyyəti də məsələyə xüsusi həssaslıqla yanaşır. İkincisi, bu saziş Səudiyyə Ərəbistanı sərmayəsini Türkiyənin müdafiə sənayesinə cəlb etməyi və başda bu ölkə olmaqla, hərbi mahsullar üçün daha geniş satış bazarları qazanmağı hədəfləyir. Türkiyə NATO-nun mühüm üzvüdür. Alyansın 5-ci maddəsi çərçivəsində NATO-nun təhlükəsizlik çətiri altındadır. Bundan başqa, Azərbaycanla 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi də tərəflərə NATO-nun 5-ci maddəsinə bənzər qarşılıqlı hərbi yardım öhdəliyi qazandırıb”. 

Ekspertin sözlərinə görə, Türkiyənin Pakitan və Səudiyyə ilə imzaladığı son saziş ölkələr arasındakı əməkdaşlığa üçüncü geostrateji ölçü qazandırmış oldu:

“Müqavilənin ABŞ və İsrailin xəbəri olmadan imzalandığını düşünmürəm. Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı bir müddət öncə ABŞ ilə dinc nüvə proqramına dair saziş imzaladı. ABŞ prezidenti bu anlaşmanın reallaşması üçün Səudiyyə Ərəbistanının “İbrahim razılaşmaları”na tərəf olmasını ön şərt kimi gündəmə gətirib. Buna görə də ekspertlər sözügedən müqaviləni İranın regiondakı təsirini neytrallaşdırmağa yönələn addım kimi şərh edirlər. Bu da ola bilər. Çünki Körfəz müharibəsindən sonra İran-Səudiyyə Ərəbistanı münasibətlərində gərginlik pik həddə çatmışdı. Buna görə də, sözügedən alyansın hücum deyil, müdafiə məqsədli olduğunu, əslində bu üç ölkəyə potensial təhlükə yaradan dövlətlərə xəbərdarlıq etmək üçün formalaşdırıldığını söyləmək yerinə düşər. Sazişin tam mətni hələ ki, ictimaiyyətə açıqlanmayıb”. 

A.Sezer onu da qeyd edib ki, sənəd təsdiqlənmək üçün Türkiyə Böyük Millət Məclisinin gündəliyinə daxil olduqda müxalifətin mövqeyi də bəlli olacaq:

“Məhz onların reaksiyası anlaşmanın nə dərəcədə dayanıqlı və uzunömürlü olacağına dair aydın təsəvvür formalaşdıracaq. Ancaq Ərdoğan sazişin heç bir ölkəyə qarşı yönəlmədiyini xüsusi olaraq vurğulayır. Bu halda məntiqli bir sual çıxır ortaya: Əgər sənəd hər hansı üçüncü tərəfi hədəf almırsa, bəs onun imzalanmasına nə ehtiyac var idi? Üstəlik, Türkiyənin NATO təhlükəsizlik zəmanəti altında olduğu bir vaxtda... Tam bu məqamda Səudiyyə Ərəbistanının təhlükəsizlik qayğılarının birinci dərəcəli əhəmiyyət daşıdığı bəlli olur. Pakistan amilinə toxunduqda isə xatırlatmaq yerinə düşər ki, Türkiyə, Azərbaycan və Pakistan üçbucağında özünəməxsus mənəvi-siyasi bağlar mövcuddur. Coğrafi uzaqlığa baxmayaraq, Pakistanın qardaş ölkə mövqeyi Türkiyənin istər iqtidar, istərsə də müxalifət cəbhəsində heç vaxt mübahisə mövzusu olmayıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2026 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri