Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının Məkkə, Ciddə və Taif də daxil olmaqla bir sıra şəhərlərində mümkün fövqəladə vəziyyətlə bağlı xəbərdarlıq elan edilib.
Milli.Az xəbər verir ki, ölkənin Mülki Müdafiə Baş İdarəsi Məkkə, Ciddə, Taif, Yanbu və Təbuk şəhərlərinin sakinlərinə müraciət edib.
Bəyanatda vətəndaşlar həyat və əmlaklarını qorumaq üçün müvafiq qurumların göstərişlərinə əməl etməyə, insanların toplandığı ərazilərdən uzaq durmağa, foto və video çəkilişlərindən çəkinməyə çağırılıblar.
Hadisə Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanını paytaxt Sənaya dron hücumları həyata keçirməkdə ittiham etməsindən sonra baş verib. Husilər hücumlara görə qisas alacaqları ilə hədələyiblər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Baxış sayı:120
Bu xəbər 24 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















