Meksikada sərnişin təyyarəsində poverbank partladı
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Meksikada sərnişin təyyarəsinin göyərtəsində poverbankın partlaması nəticəsində yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Aeromexico" aviaşirkətinə istinadən "Need To Know" portalı məlumat yayıb.
Hadisə sentyabrın 2-də Tapaçula şəhərindən Mexikoya uçan AM371 reysində qeydə alınıb. Sərnişinlərdən birinə məxsus akkumulyator boş oturacağın üzərində olarkən uçuş zamanı qəfildən partlayıb. Partlayışdan dərhal sonra təyyarənin salonunda yanğın başlayıb. Ekipaj üzvləri təhlükəsizlik qaydalarına uyğun hərəkət edərək alovu dərhal söndürüblər. Fövqəladə hala baxmayaraq, hava gəmisi uçuşunu davam etdirərək Mexikoya uğurla eniş edib.
Sərnişinlər və ekipaj üzvləri arasında xəsarət alan olmayıb, heç kimə tibbi yardım tələb edilməyib. Təyyarə yerə endikdən sonra zədələnmiş cihaz yoxlanılması üçün mütəxəssislərə təhvil verilib. Partlayışın dəqiq səbəbləri hələlik məlum deyil.
Hadisədən sonra "Aeromexico" aviaşirkəti sərnişinlərə təyyarələrdə litium akkumulyatorlarının daşınması və istifadəsi qaydalarına ciddi riayət etməklə bağlı çağırış edib.
Baxış sayı:72
Bu xəbər 04 Sentyabr 2026 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















