Icma.az
close
up
RU
Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır? Sabiq deputatdan AÇIQLAMA

Məktəb direktorları nazirliyin göstərişi ilə pul yığır? Sabiq deputatdan AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Dərslər başlamadan əvvəl müxtəlif səs yazıları yayıldı. Orada fond pulu, süpürgə pulu, xlor pulu, A4 kağızı üçün pul yığılması barədə danışılırdı. Bu, ayrı-ayrı direktorların qərarı deyil, mərkəzləşdirilmiş prosesdir və məsuliyyətin başında Təhsil Nazirliyi dayanır".
Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib.
O, bildirib ki, məktəblərdə bu hallar tez-tez təkrarlanır:
"Bu həm məktəbin nüfuzuna zərbə vurur, həm də valideynlərin və şagirdlərin münasibətini dəyişir. Nəticədə vəziyyət zəncirvari reaksiyaya çevrilir. Valideynlərin sözlərinə görə, direktorların qəbuluna gedəndə onlardan telefonlarını çöldə qoymaq tələb olunur ki, səs yazısı götürülməsin. Bu da şəffaflığın olmadığına işarədir".
Etibar Əliyevin sözlərinə görə, məktəb cəmiyyət üçün ən önəmli məkanlardan biridir:
"Burada uşaqlar təhsil alır, tərbiyə olunur, fiziki cəhətdən inkişaf edirlər. Təəssüf ki, nə Təhsil Nazirliyi, nə də Bakı Şəhər Təhsil İdarəsi davamiyyət məsələsinə diqqət yetirmir. Halbuki yuxarı sinif şagirdlərinin çoxu dərsə gəlmir və direktorlarla razılaşma yolu seçilir.
Təhsil heç vaxt rüşvətə çevrilməməlidir. Onsuz da valideynlər repetitorlara kifayət qədər vəsait xərcləyirlər. Hazırda tələbələrin təxminən 50%-i ödənişli əsaslarla oxuyur və bu, ailələr üçün ciddi maliyyə yüküdür".
O, bildirib ki, uşaqlar məktəbdə xoş mühitdə oxumalı, dərsdən zövq almalıdırlar:
"Onların kütləvi şəkildə dərslərdən yayınması həm tərbiyələrinə, həm də fiziki inkişaflarına mənfi təsir göstərir.
Zəfər qazanmış ölkənin təhsili də uğurlu olmalıdır. Təhsilin bütün istiqamətlərində inkişaf təmin edilməli, elm yüksəlişə doğru aparılmalıdır. Tarix göstərir ki, hər bir ölkənin tərəqqisi məhz məktəbin inkişafından başlayır və bu prosesdə məktəb mərkəzi rol oynayır".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Sentyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri