Icma.az
close
up
RU
Məktəb formal quruma çevrilirsə və yalnız kağız üzərində fəaliyyət göstərirsə... AÇIQLAMA

Məktəb formal quruma çevrilirsə və yalnız kağız üzərində fəaliyyət göstərirsə... AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

"Məktəblərdə 10-11-ci sinif şagirdlərinin müəyyən ödəniş müqabilində dərslərə gəlməməsi artıq cəmiyyətin susduğu, amma hər kəsin bildiyi sistemli bir problemə çevrilib. Formal olaraq dərsə davamiyyət məcburidir və bu qayda “Təhsil haqqında” Qanunun 14.2.3-cü maddəsində açıq şəkildə qeyd olunur: təhsilalanlar müvafiq təhsil proqramını mənimsəmək, dərslərdə iştirak etmək və məktəbin daxili nizam-intizam qaydalarına əməl etmək öhdəliyini daşıyırlar. Lakin bu normativ tələbin praktikada nə dərəcədə işlədiyi ciddi sual altındadır".
Bu sözləri Demokrat.az-a açıqlasında təhsil eksperti Kamran Əsədov deyib. 
Ekspert bildirib ki, əksər valideynlər 10-11-ci sinifdə məktəb dərslərinin əvəzsiz olmadığını, övladlarının ali məktəbə qəbul üçün yalnız repetitor dəstəyi ilə hazırlaşa bildiyini düşünür və buna görə də məktəbi sadəcə formal bir yer kimi qəbul edirlər:
"Bu zaman müəllimlərə rüşvət təklif olunması, sinif jurnalında “yoxlamadan qeyd” alınması və ya direktora birbaşa müraciətlə “müvəqqəti dərsdən azad olunma” halları faktiki olaraq bir paralel təhsil sisteminin mövcudluğuna işarə edir. Bu, nəinki qanunsuzdur, həm də məktəbin nüfuzuna, müəllimin statusuna və şagirdin təhsil almasına zərbə vurur.
Əslində, bu prosesin arxasında dərin struktur böhran durur. Məktəb repetitorluğa alternativ ola bilmir. Təhsil proqramı həddən artıq yüklüdür, amma bu yüklənmənin arxasında təlim nəticələri çox zəifdir. Dərslər əzbərləməyə və testə yönəlib, müəllimlər isə nəticəyə yox, sadəcə proqramı “çatdırmağa” fokuslanırlar. Şagirdlərin böyük əksəriyyəti dərslərdə passiv iştirak edir, müəllimlə interaktiv mühit yaranmır və nəticədə məktəbdə keçilən dərslər repetitor yanında əldə edilən fərdi yanaşma ilə müqayisədə zəif görünür. Beləliklə, valideyn məktəbdən “imtinaya” həm psixoloji, həm də praktik əsaslar tapır. Bu isə artıq fərdi seçim deyil, sistemin qeyri-effektivliyinin nəticəsidir".
O bildirib ki, Dövlət Statistika Komitəsinin 2023-cü il hesabatına əsasən, ölkədə 10-cu və 11-ci sinif şagirdlərinin 38%-i davamiyyətlə bağlı rəsmi qeydiyyatda boşluq göstərir:
"Təhsil Nazirliyinin monitorinqlərində isə orta məktəblərdə xüsusilə buraxılış siniflərində “faktiki dərsdə iştirak edənlə jurnalda adı olan şagird” arasında ciddi uyğunsuzluq aşkarlanıb. Bu onu göstərir ki, məktəb və real öyrənmə arasında uçurum dərinləşməkdədir.
Bu vəziyyətdə təkcə inzibati yollarla – valideynləri cərimələməklə və ya məktəbləri hədəf almaqla məsələni həll etmək mümkün deyil. Əgər məktəbdə dərs şagird üçün mənalı, aktual və rəqabətli deyilsə, orada iştirak bir növ zaman itkisi kimi qəbul ediləcək. Bunun qarşısını almaq üçün məktəblərdə tədrisin məzmunu və metodikası təməl şəkildə dəyişməlidir. Dərslər daha praktik, daha interaktiv və müasir qəbul imtahanlarının məntiqinə uyğunlaşdırılmalıdır. Müəllimlərə əlavə hazırlıq verilməli, onların da təlim-tədris metodları dəyişməlidir. Ən əsası isə məktəblər repetitorluğu əvəzləyə biləcək dərəcədə yüksək keyfiyyətli tədris verə bilməlidir , yoxsa repetitorluq sistemi məktəbin yerini əvəz etməyə davam edəcək".
Onun sözlərinə görə, müsbət hal kimi qeyd etmək olar ki, bəzi lisey və seçilmiş məktəblərdə bu problem daha azdır:
"Bu da onu göstərir ki, məsələ yalnız ümumi sistemdə deyil, konkret məktəbin idarəetməsində, müəllimlərin keyfiyyətində və məktəbin ictimai etibarında da yatır. Amma ümumi tendensiya onu göstərir ki, bu məsələ artıq sadəcə etik deyil, strateji və struktur xarakterlidir. Əgər məktəb formal quruma çevrilirsə və yalnız kağız üzərində fəaliyyət göstərirsə, bu zaman nə şagird, nə valideyn, nə də müəllim onun faydasına inanacaq.Ona görə də bu məsələyə təkcə inzibati nəzarət və cəza vasitəsilə deyil, sistemin məzmununu dəyişməklə cavab verilməlidir. Əks halda, məktəbin özü deyil, yalnız adı qalacaq. Təhsil yalnız repetitorluğun öhdəsinə buraxılacaqsa, bu, nə dövlətin təhsil siyasətinə, nə də cəmiyyətin gələcəyinə xidmət edəcək".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri