Icma.az
close
up
RU
Əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan?

Əməkhaqqı belə ödəniləcək: İşçiyə xeyirdir, müdirə ziyan?

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Son günlər Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər əməkhaqqının verilmə qaydaları ilə bağlı müzakirələrə səbəb olub. Təklif olunan yeniliklərə əsasən, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq ödənilməlidir.

Bakıvaxtı.az olke.az-a istinadən xəbər verir ki, eyni zamanda, işçi ilə işəgötürən arasında qarşılıqlı razılıq olduğu halda aylıq əməkhaqqı avans və qalan hissə olmaqla iki hissəyə bölünərək, on altı gündən çox olmayan fasilə ilə ayda iki dəfə də verilə bilər. Bu dəyişiklik bəzi hallarda Azərbaycanda əməkhaqqının artıq ayda iki dəfə veriləcəyi kimi təqdim edilsə də, əslində söhbət məcburiyyətdən deyil, tərəflərin razılığı əsasında mümkün olan bir mexanizmdən gedir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 172.1. maddəsi qismən dəyişdirilir: "Əvvəlki qayda belə idi ki, aylıq əməkhaqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir”.

S.Məmmədov bildirdi ki, yeni layihədə isə imperativlik aradan qalxır. Çünki praktikada ayda iki dəfə (avans və qalan hissə olmaqla ikiyə bölünməklə) əməkhaqqı ödəmək demək olar ki, mümkün deyil: "Xüsusən büdcədən maliyyələşən qurumlar bunu edə bilməyəcək. Çünki Maliyyə Nazirliyi əməkhaqqının ödənilməsi xəttini ayda iki dəfə açmağa razılıq verməyəcək. Ümumiyyətlə, bu, hesabatlılıqda da müəyyən problemlər yaradır. Ona görə yeni təklif olunan layihədə deyilir ki, əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə də verilə bilər. Yəni "dəyişiklikdən sonra işçilərə əməkhaqqı ayda iki dəfə veriləcək" deyə bir şey yoxdur”.

Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov isə deyir ki, hazırda qüvvədə olan qaydalar məcburidir, yeni versiyada isə könüllülük prinsipinə əsaslanır: "Bu qayda əvvəl də var idi. Əmək müqaviləsində qeyd olunurdu ki, əməkhaqqının başqa vaxt verilməsi də müəyyən oluna bilər. Yəni qanunla iki dəfə verilməli idi. Amma əmək müqaviləsində bir dəfə verilməsi nəzərdə tutulubsa, ayda bir dəfə verilə bilər. O səbəbdən də əksər hallarda maaş bir dəfə verilirdi. Əvvəl olan qayda məcburi idi. Amma əməkhaqqının başqa vaxt verilməsi də mümkün idi”.

N.Xəlilovun fikrincə, indiki dəyişiklikdə qeyd olunur ki, işçilərə əməkhaqqı ayda bir dəfədən az olmayaraq verilməlidir: "Əslində çox da ciddi bir dəyişiklik yoxdur. Çünki yenə də hər şey tərəflərin razılığından asılıdır. İşəgötürən bir, ya iki dəfə əməkhaqqı verəcəyini yenə də özü təyin edir”.

Ekspertin sözlərinə görə, işçi üçün iki dəfə maaş verilməsi daha münasibdir. Amma bu, işəgötürən üçün əlverişli deyil: "Çünki müəssisədə iş yükü artmış olur. Məsələn, əməkhaqqı ayda bir dəfə olduqda hesablanması, banka tapşırıq verilməsi bir dəfə olurdusa, iki dəfə olduqda bu proses də iki dəfə həyata keçirilməlidir. O səbəbdən müəssisə öz resurslarına əsasən qərar verməlidir ki, iki dəfə əməkhaqqı verməyə imkanı çatacaqmı”.

Müsahibimiz düşünür ki, yeniliklərdən sonra iş dünyasında çox da bir şey dəyişməyəcək: "Çünki bu dəyişiklik müəssisələrdə işi artıracağı üçün işəgötürənlər buna getmək istəməyəcəklər. Yalnız xüsusi hallarda tətbiq oluna bilər. Onsuz da bu qaydanı tətbiq etmək istəyən müəssisə əvvəl də tətbiq edə bilirdi. Heç bir məhdudiyyət yox idi”.

N.Xəlilovun fikrincə, əməkhaqqı müqavilədə göstərildiyi tarixdə verilməzsə, işəgötürən işçiyə faizi ilə maaşını ödəməlidir: "Əməkhaqqının gecikdirilməsi qanunla müəyyən edilir. Əmək Məcəlləsinin 172-ci maddəsinin beşinci bəndində göstərilir ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri ucbatından gecikdirilərsə, hər gecikdirilmiş gün üçün əməkhaqqının bir faizi məbləğində əlavə ödəniş verilməlidir. Əgər əməkhaqqı iki dəfə göstərilib lakin bir dəfə ödənilirsə, bu da gecikdirmə hesab olunur və işçiyə əlavə ödəniş edilməlidir”.

İnsan resursları və işə qəbul üzrə ekspert Sevda Quliyeva isə bildirdi ki, Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, işçilərə əməkhaqqı iki dəfə verilərsə, bu işçilərin büdcə planlamasına müsbət təsir edəcək: "Vətəndaş əməkhaqqını iki dəfə almaqla ödənişlərini daha rahat şəkildə ödəyə biləcək. Bu da işçilərin işə olan motivasiyasının artırılmasına müsbət təsir göstərəcək”.

S.Quliyevanın sözlərinə görə, hazırda bir neçə sektorda bu qayda tətbiq edilir. Bəzi müəssisələrin daxilində ayda iki dəfə əməkhaqqı verilməsi nəzərdə tutulub: "Bu addım bütün şirkətlərə tətbiq edilə bilər”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 Dekabr 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri