Icma.az
close
up
RU
Məktəb mühitində dünyəvilik və sosial bərabərlik...

Məktəb mühitində dünyəvilik və sosial bərabərlik...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Məktəbli geyimi ilə bağlı yeni qaydalar müəyyənləşdirilib

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Qərar imzalayıb. Yeni qərara əsasən, təhsil müəssisələrində məktəbli formalarının dizaynı və tətbiqi qaydalarında bir sıra yeniliklər nəzərdə tutulur. Yeni qaydalara keçid edilməsində əsas məqsəd məktəb mühitində rahat, təhlükəsiz və təhsil prosesinə uyğun geyim mədəniyyətinin təşviq edilməsi və formalaşdırılmasıdır. 

Yeni qaydalar özündə nəyi ehtiva edir?

309 saylı  Qərara əsasən müəyyənləşdirilən yeni qaydalar özündə nəyi ehtiva edir? Dəyişikliyə əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlərdə isə milli geyimlərdən və ya milli geyim elementlərindən istifadə edilə bilər. Bununla bağlı məktəbin Pedaqoji Şurası müvafiq qərar verməlidir.

Yeni qaydalarda valideynlərin məsuliyyəti artırılır. Belə ki,  valideynlər və ya digər qanuni nümayəndələr övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etməlidirlər.

Bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll edilir.

Qərar qəbul edildiyi tarixdən 5 iş günü müddətində məktəbin rəsmi internet səhifəsində və ya məktəbin məlumat lövhəsində yerləşdirilməlidir.

Məktəb valideynlərin imkanlarını nümayiş etdirdiyi məkana çevrilməməlidir

Yeni qaydalar məktəbli formasının tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğunluğu, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilib. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir. Sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi nöqteyi-nəzərindən çox vacibdir. Heç bir halda yol vermək olmaz ki, məktəb şagirdin öz valideynlərinin imkanlarını və sərvətlərini nümayiş etdirdiyi bir məkana çevrilsin. Bu halda sosial bərabərsizlik yaranar ki, bu da mütləq qaydada şagirdlərin psixologiyasında özünü göstərər. Eyni zamanda, hansısa bir şagirdin məktəbə dəbdəbəli geyimdə gəlməsi və yaxud bahalı bəzək əşyaları taxması diqqəti əsas məqsəddən - təhsildən yayındırar.

Azərbaycanın dövlət quruluşu dünyəvidir və bu, Konstitusiya ilə təsbit olunub. Təbii ki, Azərbaycan dünyəvi dövlətdirsə, ölkədə təhsil sistemi də dünyəvi xarakterli olmalıdır. Bu, təhsilin məzmununda olduğu kimi, şagirdlərin geyimində də öz əksini tapmalıdır. Burada heç bir halda vicdan azadlığının pozulmasından və yaxud dinlər arasında hansısa bir fərq qoyulmasından söhbət belə gedə bilməz. Azərbaycanda bütün insan və vətəndaş hüquq və azadlıqları  təmin olunub. O cümlədən respublikamız tolerant mühiti ilə fərqlənir. Burada bütün xalqların və etiqadların nümayəndələri eyni hüquqlara malikdirlər. Söhbət ölkəmizdə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasından gedir və qaydalar da milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün şagirdlərə aiddir. Vahid məktəbli forması şagirdlər arasında bərabərliyin və vahid məktəb mühitinin təmin olunmasına xidmət edir, şagirdlərdə kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir.

Burada şagirdlərarası münasibətlər kimi vacib faktoru da diqqətdən qaçırmaq olmaz. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin  qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.

Şagirdlərə yaxşı təhsil verilməsi yalnız məktəblərin və müəllimlərin işi deyil. Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə, valideynlərlə məktəb arasında əlaqələr intensivləşməlidir. Valideyn məktəbə, məktəb də valideynə, ailəyə dəstək olmalıdır. Həmçinin geyim kodeksinə riayət olunmasında valideynlərin məsuliyyətinin artırılması məktəb-ailə əməkdaşlığının güclənməsinə bir töhfədir. Bu baxımdan, vahid məktəbli geyimi çox doğru olaraq təhsil prosesinin keyfiyyətinə dəstək verən vasitə kimi dəyərləndirilir.

M.ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 23 Sentyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri