Icma.az
close
up
RU
Məktəbdə güclü nəzarət fiziki təzyiq demək deyil Sosioloq valideynlərə səsləndi

Məktəbdə güclü nəzarət fiziki təzyiq demək deyil Sosioloq valideynlərə səsləndi

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Son vaxtlar məktəblərdə fiziki zorakılıq, bıçaqlanma hadisələrinin sayı xeyli artıb. Təhsil ocaqlarında təhlükəsizlik məsələsi gündəmə gəlsə də, məktəb rəhbərliyinin nizam-intizamı gücləndirməsi bəzən valideynlərin narazılığı ilə qarşılanır. Bəs bu vəziyyətin kökündə nə dayanır və çıxış yolu nədir?

Mövzu ilə bağlı sosioloqd Mail Yaqub Sitat.info-ya danışıb. O bildirib ki, məsələnin hüquqi tənzimləməsi ilə yanaşı psixoloji aspekti də önəmlidir: "Nə qədər şablon səslənsə də, bu kimi hadisələrin qarşısını almaq üçün 2 əsas vasitədən istifadə edilməlidir- hüquq və psixoloji konsultasiyalar. Əgər məktəbin daxili nizam-intizamı, rəhbərliyi güclü olarsa, əmin olun ki, bu kimi halların sayı azalacaq. Bizdə hər 1000 şagirdə 1 psixoloq düşür. Bu say çox azdır. Lakin, bu şagird sayını 10 hissəyə bölsələr və həftədə 1 dəfə 100 şagirdlə psixoloji söhbət etsələr, bunun yüz faiz təsiri olacaq. Bu iki vasitə mütləq tətbiq edilməlidir".

Ekspert valideynlərin bu mövzuda məktəb rəhbərliyinə qarşı çıxmalarının düzgün olmadığını vurğulayıb.

Onun sözlərinə görə nəzarət olmasa, bu kimi hallar artmağa davam edəcək: "Güclü nəzarət dedikdə çoxları fiziki təzyiqi nəzərdə tutur. Lakin, bu belə deyil. Şagirdlərin üstündə silah, soyuq silah olmamalıdır. Şagirdlər bir-birinə qarşı vəhşicə davranmamalıdır. Bunu öyrətmək təzyiq etmək deyil. Valideynlərin çoxu bu mövzuda narahatdır, lakin, belə olmamalıdır. Məktəbdə tərbiyə verilməsi narahatlıq yaratmamalıdır. Düşünürəm ki, bu kimi hallar məktəb rəhbərliyinin zəifliyindəndir. Əgər rəhbərlik ciddi çalışarsa, belə hadisələrin qarşısını ala bilərik". 

Türkanə Muradlı
Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 Fevral 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see208

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see200

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see149

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see140

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see139

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see139

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see138

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Rıbin və həyat yoldaşı öləcəkləri halda tək oğul övladlarına təlimatlar tərtib ediblər...

20 Oktyabr 2025 00:18see131

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see130

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see124

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see123

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri