Məktəbin qapısından keçən təkcə uşaqlar deyil, insanlığımızın vicdanıdır
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türk yazıçı Ersin Ata məktəblərdə autizmli uşaqlara qarşı zorakılıq və sosial ayrı-seçkilik mövzusuna diqqət çəkib.
Sherg.az xəbər verir ki, müəllifin fikrincə, məktəbin uğuru təkcə akademik nəticələrlə deyil, fərqliliklərin nə dərəcədə qəbul edilməsi və zəif şagirdlərin özlərini nə qədər təhlükəsiz hiss etməsi ilə ölçülməlidir.
Yazıda qeyd olunur ki, autizmli uşaqlar çox vaxt məktəbdə həm psixoloji, həm də sosial zorakılığa məruz qalırlar. Bu isə onların təhsil həyatına mənfi təsir göstərir.
Müəllif vurğulayır ki, autizm bir xəstəlik deyil, fərqlilikdir və bu fərqliliyin qəbul edilməsi üçün müəllimlərin, valideynlərin və şagirdlərin daha həssas yanaşması vacibdir.
Yazıda həmçinin bildirilir ki, zorakılığa şahid olub susmaq da onun bir parçası sayılır və cəmiyyətdə ən böyük maneə fiziki deyil, məhz düşüncə və önyarğıdır.
Sonda qeyd olunur ki, fərqlilikləri anlayan və qəbul edən bir təhsil mühiti daha güclü və sağlam cəmiyyətin formalaşmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 18 İyun 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















