Icma.az
close
up
RU
Məktəblər də süni intellekt inqilabına qoşulur

Məktəblər də süni intellekt inqilabına qoşulur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Son illər süni intellekt təhsil, iqtisadiyyat, səhiyyə, sənaye və s. sahələrin ayrılmaz hissəsinə çevrilib. Texnologiyanın sürətli inkişafı gələcəyin kadrlarının yeni bacarıqlara yiyələnməsini zəruri edir. Bu baxımdan süni intellektlə bağlı biliklərin məktəb yaşlarından formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda ölkəmizdə 1,5 milyona yaxın şagirdin təlim-tərbiyəsi ilə 150 mindən çox təhsil işçisi məşğul olur. Yeni tədris ilindən etibarən V sinifdən başlayaraq dərsliklərdə süni intellektlə bağlı mövzulara yer verilir. V-X siniflərdə kibertəhlükəsizlik üzrə mövzular tədris olunacaq. Müəllimlər artıq bu istiqamətdə təlimlərə cəlb edilir.

Bu prosesdə STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) təhsilinin də rolu böyükdür. Hazırda 300 mindən çox şagirdin STEM üzrə təhsil alması onların məntiqi və analitik düşünmə, problem həlli və texnoloji bacarıqlarının inkişafına imkan yaradır.

Süni intellekt və rəqəmsal bacarıqların təhsilə inteqrasiyasında məktəblərin texniki imkanları da mühüm rol oynayır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci il oktyabrın 1-nə 4 min 167 əyani ümumtəhsil məktəbində, ümumilikdə, 176 min 34 kompüter olub ki, bu da əvvəlki illə müqayisədə 29,5 faiz çoxdur. Ölkə üzrə orta hesabla 9 şagirdə bir kompüter düşüb. Bu, ölkədəki məktəblərin 99,3 faizini təşkil edir.

Məktəblərdəki kompüterlərin 53,7 faizi internetə qoşulub. Ən yüksək göstərici Naxçıvanda 89,2 faiz, ən aşağı göstərici isə Şərqi Zəngəzur iqtisadi rayonunda 31,6 faiz olub. Ümumilikdə, 963 min 356 şagird internetdən istifadə edib.

Bu rəqəmlər göstərir ki, süni intellekt və rəqəmsal bacarıqların tədris proqramlarına daxil edilməsi ilə yanaşı, bütün məktəblər üçün bərabər rəqəmsal imkanların yaradılması da əsas məsələlərdəndir. Çünki gələcəyin təhsilində texnologiyaya çıxış artıq əlavə üstünlük deyil, zəruri ehtiyacdır.

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Qlobal “DataReportal” mərkəzinin məlumatına əsasən, 2026-cı ilin əvvəlində süni intellekt sistemlərindən (AI) aktiv istifadə edən insanların sayı 2 milyard 420 milyon nəfərə çatıb. ChatGPT-nin istifadəyə verildiyi 2022-ci illə müqayisə etsək, belə görünür ki, generativ AI 4 il müddətində sürətli inkişaf yolu keçərək, milyardlarla insanın istifadə etdiyi qlobal informasiya-kommunikasiya elementinə çevrilib.

Müasir dövrdə generativ AI artıq təhsil, media, biznes, dövlət idarəçiliyi, müştəri xidmətləri, yaradıcılıq və gündəlik kommunikasiya kimi çoxsaylı sahələrə nüfuz edən universal alətdir. Təsadüfi deyil ki, UNESCO-nun qəbul etdiyi “Süni intellektin etikası haqqında Tövsiyə”də AI sahəsində maarifləndirmə və məlumatlandırma işlərinin aparılması ən zəruri ehtiyac kimi irəli sürülür. Dünyanın 193 dövlətinin qəbul etdiyi sənəddə süni intellekt sahəsində maarifləndirmə və məlumatlandırma işinin aparılmasında təhsil müəssisələrinin rolu xüsusi vurğulanır.

“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nda vətəndaşların süni intellektdən istifadə bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdən biri kimi göstərilib. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, orta məktəblərdə şagirdlərə süni intellekt barədə nəzəri bilgilərin verilməsi ilə yanaşı, süni intellektin həm də praktiki baxımdan tətbiq edilməsi kifayət qədər vacib məsələdir.

Məktəblərdə ChatGPT və digər AI alətlərindən istifadəni öyrətməkdə məqsəd şagirdlərdə süni intellektin funksiyalarını anlamaq, əldə olunan məlumatı yoxlamaq, müəlliflik və etik prinsiplərə riayət etmək, həmçinin AI tərəfindən yaradılan manipulyativ məzmunu ayırd etmək bacarıqlarını formalaşdırmaqdır. Məktəb şagirdləri süni intellektdən şüurlu, məsuliyyətli və tənqidi düşüncə ilə istifadə edə bilən gələcək nəsil olaraq hazırlamalıdır.

Ləman TƏHMƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri