Icma.az
close
up
RU
Məktəblər publik hüquqi şəxsə çevriləndə nə baş verəcək?

Məktəblər publik hüquqi şəxsə çevriləndə nə baş verəcək?

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bildirib ki, orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi vacibdir.

Orta məktəblərin publik hüquqi şəxsə çevrilməsinin hansı müsbət və mənfi tərəfləri var?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu gün Amerikada nəinki ümumtəhsil məktəbləri, ali təhsil məktəbləri, uşaq bağçalarının belə böyük qismi publik hüquqi şəxs qismində çıxış edir:

"Bunun həm mənfi, həm müsbət tərəfləri var. Publik hüquqi şəxs digər hüquqi şəxslərdən fərqli olaraq vətəndaşlara müəyyən ödəniş qarşılığında xidmət göstərə bilir. Hal-hazırda nazirliyə bağlı olan ümumtəhsil məktəblərində hər hansı bir vətəndaşa, təşkilata müəyyən ödəniş qarşılığında müqavilə bağlayaraq xidmət göstərmək funksiyası yoxdur. Qanunvericilik buna icazə vermir. Publik hüquqi şəxsə keçid həyata keçirildikdə buna müəyyən imkan olacaq. Məsələn, məktəbin idman, kompüter zalı var, bu zalları şəxslərə, təşkilatlara müqavilə ilə icarəyə verə biləcək. Hansısa təşkilatın tədbiri keçiriləcək, məktəbin 100 nəfərlik akt zalında 200 manat qarşılığında tədbir keçirilir. Belə olduqda təhsil müəssisəsi öz qazancı ilə özünü idarə etməyə çalışacaq. Valideynlərin fond pulu, təbaşir pulu şikayətləri var. Publik şəxsin formalaşdırılması belə məsələlərə müsbət təsir göstərəcək".

Ekspertin sözlərinə görə, Avropa təhsilində söhbət böyük məbləğlərdən gedir.

"Bizim idarəçilər burada sui-istifadə edə bilərlər. Məbləğlər mənimsənilə bilər. Bununla bağlı cədvəllər tutulmalıdır. Təhsil müəssisəsi yoxlanılmalıdır. Publik hüquqi şəxsin təhsilə təsiri bir az fərqli məsələdir. Avropada, xüsusilə Amerikada müəssisələrin büdcələri böyükdür, bu təhsil müəssisələrində böyük işlər, layihələr həyata keçirilə bilir. Birdən-birə o səviyyəyə gələ bilməsək də, müəyyən qədər gələ bilərik. Bu məsələni mütləq düzgün tənzimləmək lazımdır. Dövlət tərəfindən maliyələşdirilən təhsil müəssisələri publik şəxsə çevrildikdə, dövlət maliyyəni kəsmir. Maliyyələşdirmə davam edəcək.

Dövlət İmtahan Mərkəzi hal-hazırda publik hüquqi şəxsdir. Dövlət tərəfindən müəyyən maliyyələşdirmə həyata keçirilməklə yanaşı, həmçinin özü özünü maliyyələşdirir. Sınaq imtahanları keçirir, müqavilələr bağlayır. Publik hüquqi şəxs dövlət qurumu olaraq qalır. Rahatlıqla müqavilə bağlamaq imkanları olur. Bunun üçün icazəyə ehtiyac yoxdur", - deyə müsahibimiz vurğuladı.

Təhsil eksperti Elçin Əfəndi isə bildirdi ki, hal-hazırda bu prosesi həyata keçirmək mümkün deyil:

"Ali təhsil müəssisələrimizdən bir neçəsi publik hüquqi şəxs statusu qazanıb. Təhsil müəssisələrinin publik olması, özlərini idarə etmə mənasına gəlir. Dövlət tərəfindən maliyyələşmə davam edir, ancaq onlara şərait yaradılır ki, özlərini müvafiq fəaliyyətlərlə maliyyələşdirsinlər. Bununla büdcə formalaşdırsınlar. Məsələn, hansısa şirkətin bufetə təklif etdikləri yeməklərlə maliyyə toplanması deyə bilərik".

Müsahibimiz qeyd etdi ki, məktəblərdə toxuculuq işləri görülərək məhsul satıb, maliyyələşmə həyata keçirə bilərlər.

"Publik şəxs olduqda bunları rahatlıqla etmək olur, hal-hazırda isə bu mümkün deyil. Təhsil sahəsində islahat aparılmalı daha vacib sahələr var. Bunu yarada biləriksə, rəqabət mühiti formalaşacaq. Çalışacaqlar ki, daha peşəkar təhsil verənləri özlərinə cəlb etsinlər. Bu da təhsil keyfiyyətinə müsbət təsir edəcək", - deyə E.Əfəndi bildirdi.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri