Icma.az
close
up
RU
Məktəblər və tələbələr üçün yeni qayda: Şəkər, duz və qızardılmış yeməklərə qadağa

Məktəblər və tələbələr üçün yeni qayda: Şəkər, duz və qızardılmış yeməklərə qadağa

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

İspaniyanın solçu azlıq koalisiya hökuməti məktəb yeməklərində şəkər, duz və qızardılmış qidaları məhdudlaşdırmaq, meyvə və tərəvəzləri gündəlik menyularda məcburi etmək qərarına gəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Şurasının həftəlik növbəti iclasından sonra Sosial Hüquqlar, İstehlak və 2030 Gündəliyi naziri Pablo Bustinduy, universitetlər istisna olmaqla, bütün təhsil müəssisələrində tələbə menyularında hər gün təzə meyvə-tərəvəzin daxil edilməsini və həftədə bir-üç dəfə balıq verilməsini məcburi edəcəklərini açıqladı.

Şagirdlərin daha sağlam qidalanmaları üçün 4 nazirlik (Təhsil, Kənd Təsərrüfatı, Səhiyyə, Gənclik) birgə araşdırma apardıqlarını ifadə edən Bustinduy, qızardılmış, şəkərli və duzlu qidaların istehlakının məhdudlaşdırılacağını, işlənmiş xəmir məhsullarının tamamilə aradan qaldırılacağını bildirib.

İspaniyalı nazir şagirdlərə daha çox meyvə, tərəvəz, balıq, paxlalılar, həmçinin mövsümi və orqanik qidalarla sağlam qidalanma vərdişlərini qanunla təmin olunacağını, bunun dövlət tərəfindən dəstəklənən və özəl məktəbləri əhatə edəcəyini bildirib.

Nazirlər Kabinetinin təsdiq etdiyi qərara əsasən, məktəb menyularında meyvə-tərəvəz hər gün təqdim edilməli, onların ən azı 45 faizi mövsümi, ayda ən azı iki boşqab yemək və ümumi ərzaq məhsullarının 5 faizi ekoloji təmiz məhsullardan ibarət olmalıdır.

Məktəblərdəki avtomatlardan ərzaq məhsullarında əvvəlcədən bişmiş şirniyyatların satışı da qadağan ediləcək.

Məqsədlərinin “daha sağlam və dayanıqlı qidalanma nümunələrini təşviq etmək, eyni zamanda yerli istehsalı gücləndirmək” olduğunu qeyd edən Bustinduy bildirib

“Bu yeni tətbiq ABŞ-nin başlatdığı beynəlxalq tarif müharibəsi səbəbiylə yaşadığımız çətin vəziyyətdə İspan fermerləri və fermerləri üçün faydalı olacaq”.

 Aladino adlı bir dərnəyin dərc etdiyi araşdırmanın nəticələrini paylaşan Bustinduy, İspaniyada illik gəliri 18 min avrodan az olan ailələrdən gələn 6-9 yaş arası tələbələrin yüzdə 47-nin təzə qida qəbul edə bilmədikləri və ya tam səhər yeməyi yeyə bilmədikləri üçün artıq çəki olduğunu ifadə edib.

Pablo Bustinduy əlavə olaraq vurğulayıb:

“Bu qanun sağlıq bərabərsizliklərini azaltmağı, daha az qablaşdırma və tullantı ilə daha davamlı bir model yaratmağı hədəfləyir”.

Günel Həsənova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri