Icma.az
close
up
RU
Məktəblərdə dini biliklərin verilməsi din haqqında şagirdlərdə doğru təsəvvürün formalaşmasına töhfə verə bilər

Məktəblərdə dini biliklərin verilməsi din haqqında şagirdlərdə doğru təsəvvürün formalaşmasına töhfə verə bilər

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycanda dini təhsil tez-tez müzakirə olunan məsələlərdən biridir. Mövzunun aktuallığı hər keçən il daha da artır. Dünyəvi dövlətdə dini təhsilin həyata keçirilməsi bir çox hallarda fikir ayrılıqları, mübahisələr doğurur. Radikal ünsürlərin vüsət aldığı, xarici təhdidlərin artdığı bir dövrdə düzgün dini biliklərə malik, fanatizmə sürüklənmədən dinin mahiyyətini anlayan gəncliyin yetişməsi mühüm məsələdir. Bu, bilavasitə dövlətin və cəmiyyətin maraqlarına xitab edir. Dünyəvi dövlətdə dini təhsil məsələsi Azərbaycan Din Xadimlərinin Forumunda bir daha gündəmə gəldi. Forum çərçivəsində təşkil olunan panel müzakirələrdə dünyəvi dövlətdə dini təhsilin məhz dövlət tərəfindən təşkil edilməsinin vacib olduğu vurğulandı. Yalnız bu halda din azadlığı ilə dünyəvilik arasında balansın qoruna biləcəyi diqqətə çatdırıldı. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov qeyd etdi ki, müasir dini təhsil modeli, ənənəvi dini biliklər müasir cəmiyyətin ehtiyaclarına və qlobal dünyanın reallıqlarına uyğunlaşdırılmalıdır. 
“Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən forumda “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” mövzuları ətrafında da panel müzakirələr təşkil olundu, fikir mübadiləsi aparıldı.
Millət vəkili Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, ölkəmizdə bu cür tədbirlərin keçirilməsi önəmlidir:

“Ard-arda bu istiqamətdə müxtəlif tədbirlərin keçirildiyinin şahidiyik. Bakıda keçirilən Din Xadimlərinin Forumu da bu baxımdan əhəmiyyət daşıyır. Forumda bir çox mühüm məsələlər ətrafında müzakirələr aparıldı. Bu müzakirələri olduqca vacib hesab edirəm. Orta məktəblərdə dinin tədrisi məsələsinə gəldikdə isə bu, uzun müddətdir ictimaiyyət arasında müzakirə olunur. Bəziləri bunu qəbul etmir, bəziləri isə düşünür ki, məktəblərdə buna yer verilməlidir. Orta məktəblərdə şagirdlərə dini biliklər  nə üçün verilməlidir? Düşünürəm ki, bu suala cavab verməliyik. Din təhsili dedikdə orta məktəblərdə dini ehkamların öyrədilməsindən söhbət getmir . Gənclərə, yeniyetmələrə ona görə dini biliklər verilməlidir ki, onlar gələcəkdə zərərli təsirlərin qurbanı olmasınlar. Orta məktəblərdə dini biliklərin aşılanması şagirdlərə zərərli təsirlərdən qorumaqdır. Bu gün onların çoxunun din haqqında məlumatı və biliyi olmadığına görə əksər hallarda zərərli təsirlərin qurbanına çevrilirlər. Onların dini biliklərə çıxışlarının təmin edilməsi vacibdir”.
Təhsil eksperti Kamran Əsədov da orta məktəblərdə dini biliklərin tədrisinə müsbət yanaşır. O, sayta açıqlamasında söyləyib ki, məktəblərdə dini biliklərin verilməsi din haqqında şagirdlərdə doğru təsəvvürün formalaşmasına töhfə verə bilər:

“Din haqqında doğru bilgilərə yiyələnmək yeniyetmə məktəblilərin sağlam şüurlu böyüməsinə yardım edə bilər. Bu həm də onları yad təsirlərdən qoruyacaq, qeyri-islami dinlərin mümayəndələrinə tolerant yanaşmağa təşviq edəcək, onlar multikulturalizm ənənələri əsasında böyüyəcəklər. Azərbaycan cəmiyyətinə də məhz belə gənclər lazımdır. Dini fanatizm, radikallıq bu gün bütün cəmiyyətlərdə problemlərə yol açır. Bundan sığortalanmaq üçün din haqqında məlumatlı olmaq lazımdır. Qonşu ölkələrin təhsil praktikasına baxsaq, oxşar nümunələr görə bilərik. Rusiya və Gürcüstanda orta məktəblərdə müxtəlif dinlərin mədəniyyətləri haqqında biliklər öyrədilir. Məktəblərdə dini biliklər haqqında fənnin keçirilməsi doğru dini biliklərə sahib gənclərin yetişməsinə töhfə verəcək. Onlar həm də tariximiz və mədəniyyətimizi də bu yolla daha dərindən öyrənmiş olacaqlar. Çünki İslam dini Azərbaycan tarixini ayrılmaz bir parçasıdır. Həmçinin Azərbaycanda çoxsayda fərqi din və millətlərə məxsus insanlar yaşayır. Din haqqında ümumi biliklərin formalaşdırılması tolerant və multikultural, dini dəyərlərə, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan bir gəncliyin yetişməsinə müsbət təsir göstərəcək. Orta məktəblərdə dini bilikləri Azərbaycan dövlətinin maraqlarını üstün tutan, yad ideologiyaların təsiri altında olmayan şəxslərin, təcrübəli müəllimlərin tədris etməsi lazımdır”.
Törə Zeynallı
Demokrat.az 

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ictimai və dövlət maraqlarının müdafiəsi istiqamətində hazırlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Dekabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri