Icma.az
close
up
RU
Məktəblərdə korrupsiya əleyhinə tədbirlərin keçirilməsi nə dərəcədə effektlidir?

Məktəblərdə korrupsiya əleyhinə tədbirlərin keçirilməsi nə dərəcədə effektlidir?

Icma.az bildirir, 525.az portalına istinadən.

Son zamanlar ölkənin orta ümumtəhsil məktəblərində "Korrupsiyaya qarşı mübarizə", "Korrupsiyaya stop", "Korrupsiyaya yox deyək" və s. buna bənzər mövzularda tədbirlərin keçirilməsi hallarına tez-tez rast gəlinir. Şagirdlərin iştirakı ilə keçirilən bu tədbirlərin əsas məqsədinin onların hüquqi savadlılığınin artırılması, şəffaflıq mədəniyyətinin formalaşdırılması kimi izah olunur.

Mütəxəssislərin fikrincə, yetkinlərin belə çətinliklə anladığı korrupsiya kimi ağır mövzuların məktəb yaşlı uşaqlar arasında təbliği qənaətbəxş deyil. Bu tədbirlərin məqsədi şagirdlərdə düzgün davranış formalaşdırmaq və ictimai məsuliyyəti artırmaq olsa da, psixoloji baxımdan müəyyən risklər yarada bilər. Şagirdlərə erkən yaşda korrupsiya, rüşvət kimi neqativ davranış formalarının təsviri, izahı onlarda psixoloji gərginlik yaratmaqla yanaşı, buna qarşı maraq da oyada bilər. 

Həssas psixikaya malik uşaqlar üçün böyük risk

Psixoloq Afaq Məmmədova deyir ki, yaşa uyğun olmayan mövzular barədə söhbətlər uşaqlarda müəyyən psixoloji yükün yaranmasına gətirib çıxarır: "Bəzi mövzular var ki, biz onları uşaqlarla müzakirə etmirik. Düşünürük ki, tezdir. Müəyyən yaşda onlarla bu barədə danışmaq, söhbət etmək daha doğrudur. İndi informasiya bolluğu var. Amma təəssüf ki, bütün uşaqlar onlara verilən informasiyanı eyni cür qəbul edə bilmirlər. Bəzən ağır sosial problemlərin izahı həssas, iradəsi zəif, xüsusən də yeniyetməlik dövrü yaşayan uşaqlarda emosional gərginliyə səbəb olur. Mövzunun uşaqların yaşına və xüsusiyyətlərinə uyğun izah edilməsi isə neqativ davranışa maraq yaradır. Uşaq danışılan mövzu barədə axtarışlara başlayır, doğru-düzgün olmayan məlumatlar əldə edir. Bəzən bütün bunlar onun yanlış istiqamətlərə yönəlməsinə gətirib çıxarır. Mövzu ağır təqdim edildikdə və yaşa uyğunlaşdırılmadıqda bu, uşaqların psixologiyasına ciddi təsir göstərir və onlarda informasiyanı həzm edə bilməmə, qorxu, etimadsızlıq kimi hisslərin baş qaldırmasına səbəb olur. Ümumi təhlükə və narahatlıq hissi formalaşdırır. Bu, xüsusilə həssas psixikaya malik uşaqlar üçün böyük risk deməkdir. Yaxşı olar ki, bu kimi mövzular universitetlərdə, tələbələr arasında müzakirə olunsun. Çünki tələbə belə mövzuların mahiyyətini doğru dərk edir və aparılan söhbətlərdən özünün xeyrinə nəticə çıxara bilər. Məktəblər  korrupsiya kimi ağır mövzuların müzakirə olunacağı məkan deyil".

Uşaqları neqativ nümunələrlə yükləmək olmaz

Azərbaycandan fərqli olaraq dünya ölkələrinin təhsil ocaqlarında neqativ nümunələri geniş göstərən tədbirlər keçirilmir. Mövcud qanunların aliliyi, dürüstlük, şəffaflıq, etimad kimi anlayışlar şagirdlərə aşılanır.

Sinqapur, Yaponiya, Cənubi Koreya, Kanada kimi ölkələrin təhsil sistemlərində uşaqları psixoloji yükdən qorumaq üçün dərs proqramından kənar heç bir əlavə mövzulara toxunulmur. Hər hansı bir ağır mövzu barədə müzakirələr aparılmır. Şagirdlərə mütəmadi olaraq vicdanlı davranmaq, qanuna hörmət, insan hüquqları barədə məlumatlar verilir. Hesab edilir ki, uşaqları ağır mövzular, neqativ nümunələrlə yükləmək olmaz.

7-8-ci sinidə oxuyan şagirdə korrupsiya nümunələri göstərmək doğru deyil

Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki,  şagirdlərə korrupsiya haqqında ətraflı danışmaq əvəzinə, onlarda dürüstlük və ədalət kimi baza dəyərləri formalaşdırmaq daha doğru olar: "Hesab edirəm ki, 7-8-ci sinidə oxuyan şagirdə korrupsiya nümunələri göstərmək və ya onu dərin izah etmək doğru yanaşma deyil. Bunun əvəzinə, bu anlayışın təməlini təşkil edən düzgünlük, məsuliyyət, ədalət, qaydalara riayət kimi dəyərlərin aşılanması daha effektivdir. Bu yanaşma həm şagirdin yaş xüsusiyyətlərinə uyğundur, həm də gələcəkdə onların sağlam vətəndaş mövqeyi formalaşdırmasına zəmin yaradır. Dünya görüşü, həyata baxışı tam formalaşmayan şagirdə korrusiya barədə danışmaq, onun mahiyyətini izah etmək şagirdə heç nə verməyəcək. Çünki 7-8-ci sinif şagirdi bunu tam anlaya, dərk edə bilmir axı. Çünki bu onlar üçün ağır mövzudur. Bu mövzunun  məktəblərdə, şagirdlər səviyyəsində müzakirəsi onların psixologiyasına mənfi təsir göstərər". 

Bu format psixoloji cəhətdən daha təhlükəsizdir

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyir ki, məktəblərdə uşaqlarla "Korrupsiyaya stop" kimi mövzularda tədbirlərin keçirilməsi bəzən mübahisələrə səbəb olur: "Məncə, məsələ bu mövzunun keçirilib-keçirilməməsində deyil, uşaqlara necə təqdim olunmasındadır. Uşaqlar hələ mənzərəni bütöv anlamayan yaşdadırlar və çox sərt, faktdolu izahlar onlarda qorxu, güvənsizlik və ya neqativ emosiyalar yarada bilər. Ona görə də belə mövzular birbaşa "korrupsiya" adı ilə yox, daha yumşaq və sağlam formada - "düzgünlük", "ədalət", "şəffaflıq", "vətəndaş məsuliyyəti", "dürüst qərar vermək" kimi dəyər yönümlü anlayışlarla təbliğ edilməlidir".

Onun sözlərinə görə, dünyanın bir çox ölkələri bunun məhz bu şəkildə edildiyini sübut edir: "Finlandiya, Estoniya və Kanada məktəblərində oxşar mövzular etik davranış və şəxsiyyətin formalaşması çərçivəsində keçir, uşaqlar isə ağır terminlərlə deyil, həyat dəyərləri ilə tanış olur. Bizdə də bu mövzunun aparılma formatını dəyişməklə həm uşaqları qorumuş, həm də onların düzgün həyat yanaşması formalaşdırmış olarıq. Müəllimlər "korrupsiyaya yox deyək" kimi çətin başlıqlar əvəzinə, mövzunu dəyər yönümlü fəaliyyətlərlə çatdıra bilərlər. Məsələn, qısa situasiya məşqləri, rollu oyunlar, "doğru seçim nədir?" tipli dialoqlar, kiçik hekayələrin müzakirəsi, gündəlik həyatdan pozitiv nümunələr uşaqlarda həm maraq yaradır, həm də mövzunun mahiyyətini daha sağlam şəkildə anlamağa kömək edir. Yəni burada məqsəd uşaqları problemə fokuslatmaq deyil, öz davranışları ilə nümunə olan dürüst və məsuliyyətli vətəndaş formalaşdırmaqdır. Bu format həm psixoloji cəhətdən daha təhlükəsizdir, həm də beynəlxalq təcrübə ilə tam üst-üstə düşür. Mən müsahibədə də qeyd edirəm ki, belə həssas mövzular müəllimlər tərəfindən "problemi danışmaq" deyil, "dəyəri öyrətmək" yanaşması ilə təqdim olunsa, həm məktəb mühitinə uyğun olar, həm də uşaqlarda pozitiv nəticələr verər".

Formal xarakterli tədbirlər effektli olmur

Təhsil eksperti Elşən Qafarovun sözlərinə görə, korrupsiya və bu səpkili mövzulara aid tədbirlər məktəblərdə əsasən Qeyri-Hökumət Təşkilatları tərəfindən keçirilir: "Təşkilatlar udduqları qrant layihəsinə uyğun olaraq tədbirlər təşkil edirlər. Belə tədbirlər də əsasən məktəblərdə keçirilir. Korrupsiyaya qarşı mübarizə ilə bağlı məsələlərin məktəblərə, şagirdlərə heç bir aidiyyəti yoxdur. Çünki orada təhsil alan 12, 13, 16 yaşlı şagirdlər bu mövzunun mahiyyəti, korrupsiya barədə məlumatı qəbul edəcək yaşda deyillər. Bu, onları doğru olmayan istiqamətə yönəldə bilərlər. Yalançı və formal xarakterli tədbirlərin heç bir əhəmiyyəti yoxdur. Uşaqlarla yaşlarına uyğun və anlaya biləcəkləri mövzularda danışmaq lazımdır. Kiminsə layihəsini icra edib gəlir əldə etmək üçün keçirdiyi tədbirlərdə şagirdlərin iştirakı onlara heç nə verməyəcək. Yaxşı olar ki, belə mövzular ali və orta ixtisas təhsili, peşə təhsili müəssisələrində müzakirə olunsun. Korrupsiya barədə məlumatlar 18 və daha yuxarı  yaşlı gənclərə çatdırılmalıdır. Təbii ki, doğru bir şəkildə və bu sahəni yaxşı bilən mütəxəssislər tərəfindən".

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalovanın dediyinə görə, bəzi mövzular var ki, zamanından əvvəl bu barədə uşaqlarla danışmaq, müzakirə aparmaq doğru deyil: "İnsanlar korrupsiya barədə məlumatlandırılmalıdır. Lakin bu proses yaşa uyğun, düzgün psixoloji və pedaqoji yanaşma ilə aparılmalıdır. Sözügedən mövzuda şagirdlərə onların anlaya biləcəkləri, yüngül formada məlumat vermək olar. Ancaq bir neçə saat bu barədə danışmaq, müzakirələr aparmaq doğru deyil. Bu kimi mövzuların müzakirə yeri universitetlərdir, məktəblər deyil. Əgər gəncləri mövzu ilə bağlı maarifləndirmək istəyiriksə bunu doğru ünvanlarda, uyğun insanlar arasında etməliyik".

Sevinc QARAYEVA    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri