Icma.az
close
up
RU
Məktəblərdə müəllim vakansiyası gizlədilir? RƏSMİ AÇIQLAMA

Məktəblərdə müəllim vakansiyası gizlədilir? RƏSMİ AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Vakant yerlərin müəyyənləşdirilməsi ilə bağlı vahid və sistemli yanaşma mövcuddur. Vakant yerlərin müsabiqəyə çıxarılması şəxsi yanaşmadan asılı şəkildə deyil, mövcud qaydalara uyğun olaraq həyata keçirilir".

Redaktor.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) şöbə müdiri Nurlan İsmayılbəyli APA-ya müsahibəsində deyib.

Son illər əməkhaqqı sistemi və ümumi təhsil müəssisələrinin idarə olunmasının elektron sistemlə aparılması nəticəsində ölkə üzrə hansı istiqamətlərdə müəllimlərin çalışdığı, hansı ərazilərdə müəllim çatışmazlığının mövcud olduğu dəqiq şəkildə monitorinq olunur. Formalaşan yanlış təsəvvürlərdən biri ondan ibarətdir ki, əgər hər hansı müəllim işdən ayrılırsa (yaş həddi, müxtəlif səbəblər və ya sertifikatlaşdırma nəticəsində), onun dərs saatları dərhal müsabiqəyə təqdim edilməlidir. Lakin bu bütün hallarda tətbiq olunan mexanizm deyil. Bəzi məktəblərdə ehtiyac duyulandan artıq ibtidai sinif müəllimləri mövcud olur. İbtidai siniflərdə ehtiyacın hesablanması daha asandır — mövcud siniflərin sayı müəllim ehtiyacını birbaşa müəyyən edir. Digər fənlər üzrə, xüsusilə yuxarı siniflərdə dərs yükünün formalaşma prinsipləri fərqləndiyindən ehtiyacın müəyyənləşdirilməsi daha çox meyar üzrə həyata keçirilir", - Nurlan İsmayılbəyli bildirib.

O qeyd edib ki, yuxarı siniflərdə “bir sinif – bir müəllim’” prinsipi tətbiq edilmədiyinə görə dərs saatları üzrə bölgü aparılır və nəticədə azsaatlı dərs yükü ilə təminat halları yaranır: "Aparılan təhlillər göstərir ki, hər bir müəllimin işdən ayrılması müəssisədə mütləq vakant yer formalaşdırmır və bəzi hallarda müəllimlərin çıxması həmin məktəbdə yüksək qiymətləndirmə nəticəsi olan müəllimlərin dərs yükünün artırılmasına gətirib çıxarır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri