Məktəblərdə nə baş verir? “Artıq tədbir görülməlidir”
Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yeni tədris ilinin başlamasından cəmi iki gün keçməsinə baxmayaraq, məktəblərdə şagird davranışları ilə bağlı müxtəlif görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Son günlər yayılan görüntülərdən birində məktəbli qızın dərsə gedərkən makiyaj etdiyi və həmin görüntüləri sosial şəbəkə hesabında paylaşdığı görünür.
Bundan əvvəl isə məktəblərdən birində şagirdin canlı yayım açması, digər bir məktəblinin isə elektron siqaretdən istifadə etməsi ilə bağlı görüntülər yayılmışdı.
Baş verən hallar məktəblərdə şagird davranışlarına nəzarət, daxili intizam qaydalarının tətbiqi və bu istiqamətdə maarifləndirmə işlərinin nə dərəcədə effektiv olması ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, bu cür hallara görə yalnız məktəbi və müəllimləri məsul tutmaq düzgün deyil:
"Çox təəssüflər olsun ki, artıq məktəbin ikinci günüdür. Sosial şəbəkələrdə, mediada məktəbdə baş verən bu hadisələrlə bağlı geniş müzakirələr gedir. Məsələ burasındadır ki, bu müzakirələrdən də görürük ki, bütün iradlar, nöqsanlar məktəbə, məktəb rəhbərliyinə yönəlir.
Halbuki belə məsələlərdə məsuliyyət bölüşdürülməlidir. Bu, hələ məktəbin ilk günləridir. Müəllim sinfə gəlib çatmağa, məktəb direktoru şagirdlərlə salamlaşmağa imkan tapmamış belə bir hadisə baş verir.
Valideyn də öz üzərinə məsuliyyət götürməlidir. Üç aydan sonra məktəbə qayıdan şagirdin bu cür görüntülər çəkib paylaşması və diqqəti neqativ istiqamətə yönəltməsi düzgün deyil. Şagirdin məktəbə həvəsinin formalaşdığı bir vaxtda belə hadisələrin baş verməsi və bunun geniş şəkildə yayılması məktəbə münasibətə də mənfi təsir göstərir".

Ekspert qeyd edib ki, bu cür halların qarşısının alınması üçün həm məktəb, həm də valideynlər daha ciddi məsuliyyət daşımalıdır:
"Mən düşünürəm ki, birmənalı şəkildə bu cür hallarla bağlı müəyyən tədbirlər görülməlidir ki, digər şagirdlər üçün də nümunə olsun. Əks halda belə davranışlar digər şagirdlər arasında da yayıla bilər.
Artıq yalnız valideynə güvənməklə bu məsələnin həll olunacağına ümid etmək olmaz. Əgər valideyn nəzarəti kifayət qədər effektiv olsaydı, bu cür hallar baş verməzdi. Smartfonları şagirdlərin əlindən tamamilə götürmək mümkün olmayacaq. Ona görə də məktəbdə yeni yanaşmalar düşünülməlidir. Mən bunu cəza mexanizmi kimi nəzərdə tutmuram. Sadəcə, davranış qaydalarına uyğunlaşmaqda çətinlik çəkən şagirdlərlə ayrıca işləmək üçün mexanizmlər olmalıdır.
Digər dövlətlərin təcrübəsində də belə yanaşmalar mövcuddur. Məktəbin davranış qaydalarına uyğunlaşmaqda çətinlik çəkən şagirdlərlə xüsusi proqramlar çərçivəsində işləmək mümkündür. Bu istiqamətdə gecikmədən müəyyən addımlar atılmalıdır ki, belə halların qarşısı alınsın və şagirdlər davranışlarına daha məsuliyyətlə yanaşsınlar".
Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Sentyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















