Icma.az
close
up
RU
Məktəblərdə neçə psixoloq var? RƏSMİ CAVAB

Məktəblərdə neçə psixoloq var? RƏSMİ CAVAB

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Məktəblərdə psixoloqların fəaliyyəti şagirdlərin psixoloji sağlamlığı və inkişafı baxımından çox vacibdir. 

Lakin reallıq göstərir ki, bəzi məktəblərdə psixoloq ya yoxdur, ya da həmin vəzifədə psixologiya ixtisasına yiyələnməyən şəxslər çalışır. 

Ümumiyyətlə, məktəblərdə psixoloq təyinatı necə aparılır? 

“Cebheinfo.az”-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, ümumtəhsil məktəblərində 3000-dən çox psixoloq qanunvericiliyə uyğun fəaliyyət göstərir: 

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 may 1996-cı il 59 nömrəli “Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” qərarına əsasən, ümumi orta və tam orta məktəb, lisey və gimnaziyaların ştatına bir vahid psixoloq vəzifəsi daxil edilir. 

Eyni zamanda, ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2020-ci il 70 nömrəli “Ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında” qərarına əsasən tənzimlənir. 

Hazırda ölkə üzrə (Naxçıvan MR istisna olmaqla) fəaliyyət göstərən ümumtəhsil müəssisəsilərində çalışan psixoloqların sayı 3000-dən çoxdur. Bakı Şəhər Təhsil İdarəsinə tabe olan 350-ə yaxın ümumtəhsil müəssisəsində çalışan psixoloqların sayı isə 500-dən çoxdur”.

Qurumdan bildirilib ki, məktəblərdə uşaqların təhlükəsizliyi və psixoloji dəstəyi üçün profilaktik tədbirlər həyata keçirili: 

“Təhsil müəssisələrində təlim-tərbiyə prosesi ilə yanaşı, uşaqlar üçün sağlam və təhlükəsiz mühitin təmin olunması bizim əsas prioritetlərimizdəndir. Bu istiqamətdə təhsil müəssisələrində mütəmadi olaraq məktəb rəhbərliyi, müəllim və məktəb psixoloqlarl tərəfindən maarifləndirici və profilaktik tədbirlər həyata keçirilir.

Ümumi təhsil müəssisəsində psixoloji xidmət valideynlər və ya digər qanuni nümayəndələr, təhsil müəssisəsinin rəhbərliyi və pedaqoji işçiləri ilə əməkdaşlıq vasitəsilə təhsilalanların psixoloji vəziyyətinin, təhsil fəaliyyətinin, sosial-mənəvi problemlərinin öyrənilməsini və onlara psixoloji dəstəyin göstərilməsini, onların proqressiv psixi inkişafını, meyil, maraq və potensialının reallaşdırılmasını, habelə mümkün psixi pozuntuların profilaktikasını təmin edir”. 

Gülər 
“Cebheinfo.az”

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri