Məktəblərlə bağlı DAHA BİR YENİLİK Mühüm dəyişiklik BELƏ OLACAQ
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda tıxacların azaldılması məqsədilə dərs saatlarının mərhələli şəkildə dəyişdirilməsi təklif olunur.
"Yeni Sabah" xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov Ajans.az-a açıqlamasında bildirib ki, xüsusilə paytaxtın mərkəzində yerləşən universitetlərdə dərslərin fərqli saatlarda başlayıb başa çatması nəqliyyat sıxlığının qismən aradan qaldırılmasına kömək edə bilər. Eyni vaxtda çoxsaylı insanların və avtomobillərin yollara çıxması nəqliyyat sıxlığı yaradır. Mövcud sıxlıq düzgün idarə olunmadıqda isə tıxaclara səbəb olur.
E.Cəfərovun sözlərinə görə, dərs saatlarının müxtəlif vaxtlara təyin edilməsi yollardakı nəqliyyat yükünü bölüşdürməyə imkan verər. Xüsusilə səhər və axşam pik saatlarında dərsə gedən və dərsdən qayıdan tələbələrin hərəkət vaxtlarının fərqləndirilməsi ümumi sıxlığın azalmasına şərait yarada bilər. Toyuqlu pizza
Ekspert qeyd edib ki, bu mexanizmin tətbiqi zamanı universitetlərdə dərslərin yalnız başlama saatları deyil, başa çatma vaxtları da nəzərə alınmalıdır. Beləliklə, tələbələrin eyni vaxtda yollara çıxmasının qarşısı qismən alına bilər.
O, hesab edir ki, təklifin səmərəliliyini qiymətləndirmək üçün ilk növbədə pilot layihənin həyata keçirilməsi məqsədəuyğundur. Onun fikrincə, dərs saatlarının dəyişdirilməsi əvvəlcə nəqliyyat sıxlığının daha çox müşahidə olunduğu ərazilərdə yerləşən məktəblərdə sınaqdan keçirilə bilər.
Ekspertin qənaətinə görə, mərhələli yanaşma nəticəsində əldə olunan göstəricilər bu mexanizmin daha geniş ərazidə tətbiqinin nə dərəcədə effektiv olacağını müəyyənləşdirməyə kömək edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 23 Oktyabr 2026 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















