Icma.az
close
up
RU
Məktəbli forması ətrafında mübahisə: “Süni gərginlik...”

Məktəbli forması ətrafında mübahisə: “Süni gərginlik...”

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Azərbaycan dini etiqad azadlığının təmin olunduğu, dinlərarası harmoniyanın qorunduğu, müxtəlif dini inanclara hörmət və ehtiramla yanaşıldığı azsaylı ölkələrdəndir. Dünyəvi dövlət olaraq ölkəmiz bütün dinlərə bərabər münasibət bəsləməklə, vətəndaşlarının dini inanclarına böyük hörmətlə yanaşır. Ölkəmizdə dövlət-din münasibətlərinin əsasını dini ayrı-seçkiliyə yol verilməməsi, etiqad azadlığının qorunması və müxtəlif konfessiyaların dinc yanaşı yaşaması prinsipləri təşkil edir. Bu isə bir xalq olaraq bizim mənəvi sərvətimizdir”.

Bunu “Yeni Sabah”a İqtisadiyyat üzrə fəlsəfə doktoru Coşqun Məmmədov deyib. O bildirib ki, ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq, bütün dinlərə və konfessiyalara məxsus ibadət ocaqlarının təmiri, bərpası və yeni ibadət yerlərinin inşasına daim xüsusi diqqət yetirilir:

“Prezident İlham Əliyevin də xüsusi vurğuladığı kimi, “Dini və milli müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və tolerantlıq Azərbaycan cəmiyyətinin ayrılmaz xüsusiyyəti, xalqımızın əsrlər boyu formalaşmış həyat tərzidir”. Marqarita pizza

Ölkəmizdə dini mənsubiyyətindən asılı olmayaraq, bütün dinlərə və konfessiyalara məxsus ibadət ocaqlarının təmiri, bərpası və yeni ibadət yerlərinin inşasına daim xüsusi diqqət yetirilir. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda məscidlərin inşası, həmçinin işğal dövründə ermənilər tərəfindən viran qoyulmuş, hətta heyvanların saxlanc yerinə çevrilmiş məscidlərin bərpası dövlətin mənəvi dəyərlərə verdiyi önəmin yüksək ifadəsidir. Bu gün şəhidlərimizin canı və qanı bahasına azad edilmiş Vətən torpaqlarında dalğalanan, yaşıl rəngi ilə İslamı tərənnüm edən üçrəngli Azərbaycan bayrağı və ucalan azan səsi xalqımızın dini inancına bağlılığını, milli-mənəvi dəyərlərimizə sədaqətini təcəssüm etdirir.

Müqəddəs dini bayramlarda məscidlərimizdə vəhdət ruhunda qılınan bayram namazları cəmiyyətimizdə həmrəyliyin, birlik və bərabərliyin təcəssümü olmaqla yanaşı, xalqımızın milli-mənəvi dəyərlərə bağlılığının da bariz nümunəsidir”.

C.Məmmədov qeyd edib ki, Azərbaycan hətta öz xristianlıq irsinə də sahib çıxaraq, qədim Alban məbədlərinin ermənilər tərəfindən mənimsənilməsi cəhdlərinin qarşısının alınması istiqamətində həm siyasi, həm də elmi müstəvidə ardıcıl fəaliyyət göstərir:

“Bu isə ölkəmizin yalnız İslam deyil, müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına da böyük önəm verdiyini nümayiş etdirir.

Ümumilikdə isə bu yanaşma dövlətimiz tərəfindən dini müxtəlifliyə və etiqad azadlığına göstərilən hörmətin bariz nümunəsidir. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda müxtəlif dinlərin nümayəndələri öz dini ayin və mərasimlərini sərbəst şəkildə icra etmək imkanına malikdirlər.

Təəssüf ki, son günlər bəzi yerli və xarici siyasi qüvvələr Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi və “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında qərarları məqsədyönlü şəkildə manipulyasiya edərək, onu dini etiqad azadlığının məhdudlaşdırılması və dini inanclara qarşı yönəlmiş addım kimi təqdim etməklə ölkədə mövcud ictimai-siyasi sabitliyi pozmağa, cəmiyyətdə süni gərginlik yaratmağa çalışırlar.

Halbuki, bu Qərarların əsas mahiyyəti sosial dövlət modelinin təhsildə təzahür forması kimi şagirdlər arasında sosial bərabərliyə xidmət etməklə maddi vəziyyətdən və dini mənsubiyyətdən asılı olmayaraq, ayrı-seçkiliyə yol verilməsinin, fərqliliyin ön plana çəkilməsinin qarşısını almaqdır. Bu səbəbdən, təhsil müəssisələrinin daxili nizam-intizam və məktəbli forması qaydaları heç bir halda təhsil hüquqlarının məhdudlaşdırılması halları kimi qiymətləndirilməməlidir”.

Ekspert bildirib ki, bu gün milli və dövlətçilik maraqlarımız naminə bütün dini-siyasi ideoloji təhdidlərə rəğmən elm-təhsil məbədimiz olan məktəblərdə qəbul edilmiş nizam-intizam qaydalarına hörmətlə yanaşmalıyıq:

“Cəmiyyətin dağıdıcı siyasi-ideoloji təsirlərdən qorunması və ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin mühüm rolunu Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında xüsusi vurğulamışdır: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.

44 günlük Vətən Müharibəsini birlik və bərabərlik ruhunda Zəfər qazanan müzəffər xalq olaraq, bu gün də milli və dövlətçilik maraqlarımız naminə bütün dini-siyasi ideoloji təhdidlərə rəğmən elm-təhsil məbədimiz olan məktəblərdə qəbul edilmiş nizam-intizam qaydalarına hörmətlə yanaşmalı, bu qaydaların mahiyyətini düzgün anlamalı və onların tətbiqini anlayışla qarşılamalıyıq. Çünki təhsil yalnız cəmiyyətin intellektual inkişafını təmin edən sahə deyil, həm də dövlətin milli təhlükəsizliyinin qorunmasında mühüm strateji əhəmiyyətə malikdir. Bu mənada, hər birimiz bir vətəndaş olaraq çox təmkinli və məsuliyyətli davranmalıyıq”.

 Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri