Icma.az
close
up
RU
Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Məktəbli qızlarımız ölkəmizi Avropa Qızlar İnformatika Olimpiadasında təmsil edəcəklər

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Azercell-in dəstəyi ilə EGOİ 2025-ə seçmə imtahanı keçirildi

12-13 aprel tarixlərində Azərbaycan-Fransız Universitetində (UFAZ) informatika fənni üzrə qızlardan ibarət milli olimpiada komandasına seçmə imtahanı baş tutub.

Ötən il Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) ölkəmizi təmsil etmiş iştirakçılarla yanaşı, bu il Respublika Fənn Olimpiadasının (RFO) yuxarı yaş qrupu üzrə final mərhələsinə vəsiqə qazanmış bütün qızlara da seçim imtahanına qatılmaq imkanı verildi. Eyni zamanda, aşağı yaş qrupu üzrə 100-dən artıq bal toplamış iştirakçılar da bilik və bacarıqlarını sınamaq fürsəti əldə etdilər. İki gün davam edən seçim mərhələsi zamanı iştirakçılar proqramlaşdırma və alqoritmlər sahəsindəki hazırlıq səviyyələrini nümayiş etdirdilər.

Seçmə imtahanının nəticəsinə əsasən Azərbaycan yığmasının üzvləri müəyyən edilib. Komandanın tərkibinə Bakı şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 10-cu sinif şagirdləri Rahidil Bayramlı və Aytən İskəndərova, həmçinin Gəncə şəhəri, Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Liseyin 11-ci sinif şagirdləri Ayan Kərimova və Leyla Hacızadə daxil olublar. Qızlar ölkəmizi 14-20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçiriləcək EGOI 2025-də təmsil edəcəklər. 

Xatırladaq ki, 2017-ci ildən etibarən ölkəmizdə İT/İKT mütəxəssislərinin yetişdirilməsinə və peşəkar inkişafına töhfə vermək məqsədilə məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən etibarən qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyilə xüsusi hazırlıq dərslərinə qatılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 Aprel 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri