Məktəblilər arasında dava: valideyn bıçaqlandı
Icma.az, Axar.az saytına istinadən bildirir.
Cəlilabad rayonunda məktəblilər arasında mübahisə valideynlərin iştirakı ilə qanlı hadisəyə çevrilib. Hadisə rayonun Uzuntəpə kəndi ərazisində baş verib.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, iki məktəbli arasında yaranan mübahisədən sonra onların valideynləri — Nicat Cəbiyev və İlqar Quliyev məsələni aydınlaşdırmaq üçün görüşüblər.
Mübahisə zamanı Nicat Cəbiyev İlqar Quliyevə çoxsaylı bıçaq xəsarətləri yetirib.
Yaralı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Nicat Cəbiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 09 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















