Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Məktəblilər kiber təhlükənin hədəfində nə etməli?

Məktəblilər kiber təhlükənin hədəfində nə etməli?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə məktəblər və məktəblilər bir tərəfdən yeni bilik imkanlarına çıxış əldə edir, digər tərəfdən isə artan kibertəhlükələrlə üz-üzə qalırlar. İnternet resurslarına geniş çıxış, onlayn tədris platformalarının yayılması və sosial media vasitələrinin aktiv istifadəsi təhsilin əlçatanlığını artırsa da, bu imkanların fonunda ciddi təhlükələr də meydana çıxır. Artıq məktəblilər sadəcə real həyatda deyil, virtual mühitdə də hədəfə çevriliblər. Sosial şəbəkələrdə sərbəst dolaşan uşaqların şəxsi məlumatları asanlıqla oğurlana bilər, onların psixologiyasına təsir göstərən zərərli kontentlərə məruz qalmaq riski olduqca yüksəkdir.

Bundan əlavə, onlayn dərslərə qoşulan şagirdlər, məktəbə məxsus elektron sistemlər və müəllim-şagird məlumat bazaları da kiberhücumların və hakerlərin potensial hədəfinə çevrilir. Təəssüf doğuran məqam isə budur ki, bu təhlükələrin qarşısını almaq üçün tələb olunan maarifləndirmə, hüquqi çərçivələr və texnoloji müdafiə tədbirləri hələ də kifayət qədər inkişaf etməmiş, əksər hallarda səthi və formal xarakter daşıyır. Uşaqların rəqəmsal məkanda tək buraxılması, texnoloji savadsızlıq və nəzarətsiz internet istifadəsi onların həm şəxsi həyatına, həm də gələcək psixoloji sağlamlığına ciddi zərər vurmaq təhlükəsini daşıyır. Bu səbəbdən, kibertəhlükəsizlik artıq yalnız texniki məsələ deyil, həm də təhsil, sosial məsuliyyət və uşaqların müdafiəsi baxımından mühüm ictimai problem kimi qiymətləndirilməlidir.

Məktəblilər internetdə saatlarla vaxt keçirir, lakin onların bu məkanda hansı informasiyalarla qarşılaşdıqları və kimlərlə ünsiyyətdə olduqları çox zaman valideyn və müəllimlər tərəfindən nəzarətsiz qalır. Uşaqların şəxsi məlumatlarının oğurlanması, onlara qarşı virtual zorakılıq (cyberbullying), zərərli oyun və proqramlar, cinsi xarakterli kontentlərə məruz qalma kimi hallar bu gün artıq reallığa çevrilib.

“TikTok”, “Instagram”, “Telegram”, “Snapchat” kimi platformalarda aktiv olan şagirdlər bəzən özləri də bilmədən fırıldaqçılarla ünsiyyət qurur, “challenge” adlanan təhlükəli çağırışlara qoşulur və ya psixoloji təsir altında qalaraq özlərinə zərər yetirirlər. Bir çox hallarda bu hadisələrin nəticəsi yalnız emosional deyil, həm də fiziki fəsadlarla sonlanır.

Pandemiya dövründə onlayn təhsilin genişlənməsi məktəb infrastrukturunun da rəqəmsallaşmasına səbəb oldu. Lakin bəzi hallarda məktəblərin istifadə etdiyi sistemlər zəif müdafiə olunur, bu da hackerlər üçün açıq qapı rolunu oynayır. Şagirdlərin şəxsi məlumatlarının oğurlanması, məktəb sənədlərinin dəyişdirilməsi, müəllimlərə qarşı şantaj hallarının artması artıq nadir hal deyil.

Zərərli oyunlar və intihar çağırışları

Son illərdə sosial şəbəkələr və mesajlaşma platformaları vasitəsilə yayılan bəzi zərərli “oyunlar” dünya miqyasında valideynlər, pedaqoqlar və hüquq-mühafizə orqanları üçün ciddi narahatlıq mənbəyinə çevrilib. “Blue Whale” (Mavi Balina), “Momo Challenge” və bənzər platformalar ilk baxışdan oyun kimi görünsə də, əslində psixoloji manipulyasiya və emosional təzyiq yolu ilə uşaqları və yeniyetmələri həyatlarına son verməyə sürükləyən zərərli mexanizmlərdir.

Bu “oyunlar” adətən anonim şəxslər tərəfindən idarə olunur və şagirdlərə sosial mediada cəlbedici, maraqlı görünən və sirli mesajlarla təqdim olunur. İştirakçılara gündəlik tapşırıqlar verilir - gecələr ayıq qalmaq, qorxulu filmlərə baxmaq, öz bədəninə kiçik zərər yetirmək, tək yerlərə getmək və s. Bu tapşırıqlar getdikcə daha təhlükəli hal alır və iştirakçının psixikasını zəiflədərək onu asılı vəziyyətə salır. Ən sonda isə "son mərhələ" intihar çağırışı ilə başa çatır. Bu mərhələyə qədər yeniyetmənin psixoloji olaraq qapanması, ailədən uzaqlaşması və qorxu-həzz mexanizmi ilə yönləndirilməsi təmin olunur.

Bu cür zərərli "oyunlar" xüsusilə psixoloji cəhətdən həssas, özünə inamı az olan, sosial təcrid yaşayan və ya ailədaxili problemlərlə üzləşən uşaqları hədəfə alır. Onların içindəki boşluq, anlaşılmamaq hissi və diqqətə ehtiyac, bu "oyun"ların manipulyativ gücünü artırır. Nəticədə uşaqlar ailəsinə heç bir siqnal vermədən, sosial şəbəkədə təsir altına düşərək intihar kimi dəhşətli bir qərara təkbaşına gəlib çıxırlar.

Nə etməli?

Cəmiyyətin bu təhlükəyə qarşı reaksiyası, təəssüf ki, hələ də kifayət qədər ciddi və sistemli deyil. Rəqəmsal dövrdə yaşamağımıza baxmayaraq, çox vaxt texnoloji savadlılıq səviyyəsi olduqca aşağıdır. Valideynlərin əksəriyyəti müasir texnologiyalarla ayaqlaşmaqda çətinlik çəkir; onlar uşaqlarının onlayn fəaliyyətlərini nəzarətsiz buraxır və sosial şəbəkələrdə qarşılaşdıqları risklərə qarşı yetərli anlayışa sahib olmurlar. Uşaq telefonla, planşetlə və ya kompüterlə məşğuldursa, bu çox zaman "uşaq sakitdir" kimi qəbul olunur və onun virtual məkanda nələr etdiyinə maraq göstərilmir. Halbuki, məhz həmin "sakit anlar" uşaqlar üçün təhlükəli tanışlıqların, psixoloji təzyiqlərin və hətta kiberşiddətin baş verdiyi vaxt ola bilər.

Digər tərəfdən, məktəblərdə bu sahədə yetərincə ixtisaslaşmış kadr və maarifləndirici proqramlar çatışmır. Müəllimlər çox zaman texnologiyanın tədrisdə tətbiqi ilə kifayətlənir, lakin şagirdləri kibertəhlükələrə qarşı necə hazırlamalı olduqları barədə bilikləri məhduddur. Kibertəhlükəsizlik, rəqəmsal etika və virtual mühitdə davranış qaydaları kimi mövzular məktəb proqramlarına inteqrasiya olunmalıdır. Bu yalnız informasiya texnologiyaları dərsləri ilə məhdudlaşmamalı, bütün fənlərdə rəqəmsal təhlükəsizlik mədəniyyəti formalaşdırılmalıdır. Uşaqlara parol təhlükəsizliyi, şəxsi məlumatların qorunması, onlayn təhdidlərə reaksiya və kibermədəniyyətin əsas prinsipləri öyrədilməlidir.

Eyni zamanda dövlətin bu sahədə daha aktiv rol oynaması zəruridir. Məktəblərin informasiya sistemlərinin təhlükəsizliyi yalnız texniki məsələ deyil, həm də milli təhlükəsizlik məsələsidir. Elektron jurnallar, məktəb daxili platformalar, şagird və müəllim məlumatları kiberhücumlara qarşı tam şəkildə qorunmalıdır. Bu isə yalnız güclü texnoloji baza ilə deyil, eyni zamanda peşəkar monitorinq və reaksiya sistemləri ilə təmin oluna bilər. Dövlət səviyyəsində xüsusi kibertəhlükəsizlik qurumları tərəfindən təhsil sisteminin rəqəmsal infrastrukturu daimi nəzarətdə saxlanmalı, hər hansı anormal fəaliyyət dərhal aşkarlanaraq qarşısı alınmalıdır.

Bundan başqa, qanunvericilikdə bu sahədə hüquqi tənzimləmələr gücləndirilməli, uşaqları virtual məkanda qoruyan mexanizmlər yaradılmalıdır.

Beynəlxalq təcrübədə məktəblərdə kibertəhlükəsizliyə yanaşma

Rəqəmsal texnologiyanın həyatın bütün sahələrinə inteqrasiyası ilə bir çox ölkə kibertəhlükəsizliyi milli prioritetlərdən biri kimi qəbul edib. Xüsusilə təhsil sektoru bu təhlükələrə qarşı həssas olduğundan, inkişaf etmiş ölkələr məktəblərdə həm texnoloji infrastrukturun qorunmasına, həm də şagirdlərin kibermədəniyyət üzrə maarifləndirilməsinə böyük önəm verirlər.

Avropa İttifaqı ölkələri kibertəhlükəsizlik məsələsində sistemli və strateji yanaşma sərgiləyir. Məsələn, Estoniya bu sahədə ən qabaqcıl ölkələrdən biridir. 2007-ci ildə dövlət səviyyəsində baş verən kiberhücumdan sonra Estoniya kibertəhlükəsizlik sahəsində mühüm islahatlara başlayıb. Bu ölkədə məktəblərdə “Rəqəmsal vətəndaşlıq”, “Kibermədəniyyət” və “Onlayn etik davranış” kimi dərslər tədris olunur, müəllimlər və valideynlər üçün də xüsusi təlim proqramları həyata keçirilir.

Finlandiya və Norveç kimi ölkələrdə də məktəblilərin onlayn təhlükəsizlik bilikləri məktəb proqramına salınıb. Bu ölkələrdə şagirdlərə uşaq yaşlarından sosial mediada təhlükəsiz davranış, şəxsi məlumatların qorunması və onlayn zorakılıqla mübarizə üsulları öyrədilir.

Amerika Birləşmiş Ştatlarında təhsil müəssisələri üçün xüsusi “Cybersecurity Awareness” proqramları mövcuddur. “Department of Homeland Security” (Daxili Təhlükəsizlik Nazirliyi) ilə birgə fəaliyyət göstərən Stop.Think.Connect. təşəbbüsü məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirmə kampaniyaları aparır. Həmçinin bir çox ştatlarda məktəblərin elektron sistemləri üçün təhlükəsizlik standartları müəyyən olunub və bu sistemlər mütəmadi audit olunur.

Böyük Britaniyada “Education for a Connected World” adlı tədris çərçivəsi hazırlanıb. Bu sənəd uşaqların yaş mərhələlərinə uyğun olaraq onlara kibertəhlükəsizlik, rəqəmsal identifikasiya, şəxsi məlumatların mühafizəsi və onlayn qarşılıqlı münasibətlər barədə nəyi, necə və nə vaxt öyrətməyin planını təqdim edir. Eyni zamanda “Ofcom” və “UK Safer Internet Centre” kimi təşkilatlar valideynlər, müəllimlər və uşaqlar üçün resurslar təqdim edir.

Avstraliyada “eSafety” qurumu məktəblərdə rəqəmsal təhlükəsizlik mədəniyyətini formalaşdırmaq üçün dərsliklər, videolar və oyunlar təqdim edir. Bu resurslar həm müəllimlər, həm şagirdlər, həm də valideynlər üçün əlçatandır. Kanadada isə “MediaSmarts” platforması vasitəsilə uşaqlara tənqidi media savadlılığı, onlayn risklər və özünüqoruma bacarıqları aşılanır.

Məqalə Elm və Təhsil Nazirliyinin “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində “Müasir Psixoloji Dəstək” İctimai Birliyinin “Təhlükəsiz gələcək!- Şagirdlərin Təhlükəsizlik hüququnun təmin edilməsi” adlı layihə çərçivəsində dərc olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri