Məktəblilər qazdan zəhərləndilər BU ÖLKƏDƏ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Omsk vilayətinin Tara şəhərində qaz sızması nəticəsində məktəblilər zəhərləniblər.
Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə qaz kəmərində aparılan təzyiq yoxlaması zamanı baş verib.
Məlumata görə, qazın qoxusu yaxınlıqda yerləşən informatika klubuna qədər yayılıb. Həmin vaxt ekskursiyada olan Tara şəhəri 3 nömrəli məktəbin şagirdləri özlərini pis hiss ediblər. Nəticədə 14 şagird və bir müəllim tibbi yardıma müraciət edib. Onlardan 7-si ilkin tibbi müdaxilədən sonra evə buraxılıb.
Vilayət rəhbərliyi bildirib ki, uşaqlar dərhal təxliyə olunub, onların həyat və sağlamlığına təhlükə yoxdur.
Hadisə ilə bağlı prokurorluq tərəfindən araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:Məktəblilər üçün gündəlik dərs limiti müəyyənləşdirildi Bu ölkədə
18 Avqust 2026 11:20
Məktəblilər tətildən bu tarixdə qayıdacaq
18 May 2026 01:51
Məktəblilər bu tarixdən payız tətilinə çıxacaqlar
14 Noyabr 2025 09:25
Məktəblilər üçün bu qoruqlara giriş pulsuzdur
03 Dekabr 2025 17:32
Baxış sayı:155
Bu xəbər 06 May 2026 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















