Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Məlahət İbrahimqızı: “Münhendəki tarix və hüquq dərsini” nə tez unutdun, Paşinyan

Məlahət İbrahimqızı: “Münhendəki tarix və hüquq dərsini” nə tez unutdun, Paşinyan

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Bugünlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərliyi ilə Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura bugünlərdəki ənənəvi səfəri, Azərbaycan xalqının tarixi torpaqları üzərində qurulmuş Ermənistanda — əsassız çaxnaşmaya və təşvişə səbəb olub.

Dünən erməni mətbuatında eləcə də, Zartonik Media saytında bu haqda az qala ucqar bölgələrdə, adını yaza bilməyən qoca Hayqanuşun, Mkrtçın da fikirləri verilib. Bir tərəfdən keçən il paraflanmış Sülh gündəliyi, bir tərəfdən aclıq və yoxsulluq durumunda olan, qonşu bildiyimiz erməni xalqına Azərbaycan Dövlətinin Başçısının humanizmi…Ermənistana ən ucuz qiymətlə taxıl və neft məhsullarının göndərilməsi… bir tərəfdən düşünürsən ki, qədim atalar sözü “çörəyi dizi üzərində olanlar”, “çörək itirənlər”. Məncə elə bu atalar sözü də ermənilər üçün deyilmiş. Bu, durumu təhlil etdikcə erməni xalqının revanşizm xəstəliyindən heç vaxt sağalmayacağı düşüncəsinə qayıdırsan.

İqtidarlı, müxalifətli Ermənistanın bütün kəsimlərindəki bu hay şüvanı sülhsevər Azərbaycan xalqının gələcəkdə erməni hiyləgərliyinə qarşı ayıq-sayıq olmağa çağırır . Ermənistanın beynəlxalq təşkilatlar tərəfindən hələ də işğalçı və təcavüzkar kimi tanınmasına baxmayaraq, erməni siyasətçilərinin bu siyasi isteriyada fəal rol oynaması göstərir ki, Paşinyan və onun iqtidar kamandası da revanşist əhval-ruhiyyədən azad deyil. Bu mənada Ermənistandakı siyasi revanşist dalğalarında sanki boğulmaq təhlükəsində olan Paşinyanın Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin fikirlərinə cavab vermək cəhdi onu bir daha gülünc və utancverici duruma salır. Əslində, Ermənistanın Baş naziri 15 fevral 2020-ci il tarixində keçirilmiş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində möhtərəm cənab Prezident İlham Əliyevin də iştirak etdiyi paneldən sonra nəinki saxta erməni tarixindən, hətta tarixdən danışmamalı idi. Avropa ictimaiyyətində bu paneldə Paşinyanın tragikomik və aciz vəziyyəti haqqında hələ də danışılır. Paşinyanın bu paneli unutması da, onun xroniki revanşizm xəstiliyindən sağalmamasının əlamətidir. Məhz bu panel müzakirəsi zamanı moderatorun hər iki dövlət rəsmisinə ünvanladığı suallara cavab verərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi, mötəbər müəlliflərin, etibarlı və nüfuzlu arxivlərdə saxlanan mənbələrə əsaslanmış faktlarla, Paşinyanın kəkəliyərək səsləndirdiyi yalan və uydurma erməni faktları bütün dünyanın gözü qarşısında ifşa etmişdi. Həqiqətən də, həmin panel Münhen Təhlükəsizlik Konfransı tarixində beynəlxalq ictimaiyyətin yaddaşına “Münhendə Paşinyana tarix və hüquq dərsi” kimi yazılıb. Artıq Eməni xalqı da, erməni yalanından bezmiş dünya ictimaiyyəti də erməni tarixinin uydurma və saxta olduğunu çoxdan bilir. Hərçənd ki, Paşinyan özü də erməni tarixinin saxtalaşdırılması haqda dəfələrlə etiraf edib. Mən Ermənistandakı bu durumu geniş şərh etmək istəmirəm. Çünki qeyd etdiyim kimi möhtərəm Prezidentimiz hətta ən yüksək kürsülərdə dəfələrlə saxta erməni tarixi ilə, bölgənin tarixi ilə bağlı ən etibarlı mənbələrə əsaslanmış faktları beynəlxalq auditoriyalarda səsləndiribdir. Və bu izahatından sonra geniş şərhə ehtiyac qalmır. Eləcə də məlum səfər zamanı hörmətli Hikmət Hacıyev ətraflı məlumat veribdir. Bütün dünya da bilir ki, Matenadarandakı hər bir eksponat bu bölgənin xalqlarının minillərboyu yaratdığı tarixin saxtalaşdırılmış, fake nümunələridir. Sadəcə mən bir neçə çox sadə sualla erməni siyasətçilərinə müraciət etmək istərdim: Əgər Qarabağ həqiqətən erməni torpağıdırsa, niyə otuz illik işğal dövründə “öz ərazinizdə” belə vəhşilik və vandalizm törətdiniz? Niyə tarixi olaraq Qərbi Azərbaycan kimi tanınan bölgədə — Ermənistanda — Azərbaycan türkləri tərəfindən minilliklər ərzində yaradılmış tarixi və mədəni irsə qarşı cinayət kampaniyası aparırsınız? Unutmayın ki, tarix ona qarşı amansız olanları heç vaxt bağışlamır və nə də rəhm etmir. Bu, dünyanın sadə və danılmaz məntiqidir. 1987-1991-ci illər arasında Ermənistanda erməni vandalları tərəfindən deportasiyaya və etnik təmizləməyə məruz qalmış 300 min Qərbi azərbaycanlıdan biri kimi erməni həmkarlarıma bəyan edirəm. Qərbi Azərbaycan İcmasının məqsəd və məramının əks olunduğu konsepsuyada da qeyd olunduğu kimi biz mütləq ata-baba torpaqlarımıza və doğma kəndlərimizə qayıdacağıq. Sizdən fərqli olaraq,biz öz yurduna bağlı və sadiq xalqıq və biz bu dəfə sülh yolu ilə, ləyaqətli şəkildə və beynəlxalq hüquq çərçivəsində gələcəyik. Çünki bu, Allahın və beynəlxalq hüququn bizə vermiş olduğu təminatdır.

Məlahət İbrahimqızı
Milli Məclisin deputatı

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Sentyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri