Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla növbəti görüşünü keçirib.
DİM-dən 525.az-a bildirilib ki, görüş zamanı Seymur Hüseynovun Mentorluq proqramı çərçivəsində iştirak etdiyi layihələr və onların nəticələri müzakirə olunub. Bundan başqa, mentinin istəyinə uyğun olaraq gələcəkdə onun data analitikası sahəsində müəyyən təlimlərə cəlb edilməsi qərara alınıb.
Xatırladaq ki, dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:311
Bu xəbər 19 Fevral 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















