Icma.az
close
up
RU
Memarlar “Təzəpir” ətrafında başlanan söküntülərə etiraz edir: “Bakının baş planına, ruhuna ziddir” Video

Memarlar “Təzəpir” ətrafında başlanan söküntülərə etiraz edir: “Bakının baş planına, ruhuna ziddir” Video

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtın “Bayırşəhər” adlanan ərazisində - “Təzəpir” məscidinin ətrafında başlanan söküntülərlə əlaqədar ziyalı kəsim, o cümlədən memarlar da narahatlıqlarını bildirirlər. Onlar bir müddətdir imzatoplama kampaniyasına başlayıb, müxtəlif dövlət orqanlarına məktublar göndərirlər.

Bizimyol.info xəbər verir ki, memarlar hesab edir ki, “Bayırşəhər”in sökülməsi Bakının tarixinə, ruhuna ziddir. Onlar hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti söküntü barədə sərəncam verməmişdən əvvəl bu barədə mütləq ictimai müzakirələr aparılmalı idi.

Bir müddətdir ki, həmin ərazidəki söküntülərlə əlaqədar “Bakı üçün imzala” həştəqi ilə kampaniya başladılıb. “Bakının tarixini birlikdə qoruyaq!” başlığı ilə açılmış petisiya səhifəsinə söküntüyə etiraz edən xeyli adam qoşulub.

“Bakı şəhərinin qədim və özünəməxsus məhəllələrindən biri olan Bayırşəhər — xüsusilə Təzəpir məscidinin ətrafında yerləşən küçələr — bu gün ciddi sökülmə təhlükəsi altındadır. Biz, bu şəhərin memarlıq və tarixi irsinə dəyər verən vətəndaşlar olaraq, bunun qarşısının alınmasını vacib sayırıq.

Bu məhəllələr təkcə fərdi evlər deyil — Bakının yaddaşı, koloritidir. Onların qorunması şəhərin mədəni irsi, turizm potensialı və gələcək nəslə ötürəcəyimiz dəyərlərlə birbaşa bağlıdır”, - petisiyada deyilir.

Etirazlara baxmayaraq, ərazidə söküntü prosesi davam etdirilir. Söküntü paytaxtın Süleyman Tağızadə, Mirzə Fətəli Axundov, Tolstoy, Murtuza Muxtarov, Əlövsət Quliyev, Nizami, Həzi Aslanov, Vidadi, Bəşir Səfəroğlu, Çingiz Mustafayev küçələrini əhatə edir. Bu ərazidə yaşayan sakinlərə hələ ötən ilin sonunda evlərinin söküləcəyi barədə xəbərdarlıq edilib.

Memar Abdul Hüseynov deyir ki, söküntü ərazisində Rastropoviçlərin, Cəlil Məmmədquluzadənin ev muzeyi də daxil olmaqla, çoxsaylı tarixi-mədəni əhəmiyyətli bina var.

Bakının baş planında “Bayırşəhər” ərazisi “Xüsusi mühafizə zonası” kimi qeyd olunub.

Memar Dilqəm İsmayılov da “Bayırşəhər”in söküntüsünə etiraz edənlərdəndir. O vurğulayır ki, bu ərazinin sökülməsi paytaxtın baş planına ziddir.

“Bakı yalnız binalardan ibarət deyil. Bu şəhərin yaddaşı var, küçələrinin qoxusunda, məhəllələrinin sükutunda, divarlarının kölgəsində. Bayırşəhərin bir hissəsi olan bu məhəllələr, İçərişəhərin ətrafında olan, yüz ildən çox tarixi olan onunla birlikdə böyüyən ruhudur.

İndi isə bu məhəllələrin sökülməsi gündəmdədir. Amma sökülən yalnız daş divarlar olmayacaq, sökülən Bakı insanının yaddaşı, şəhərə olan sevgisi, gələcək nəsillərin kimliyidir.

Bizim səsimiz, etirazımız, sevgimiz bu şəhərin qorunması üçündür. Çünki Bakı yalnız bugünün deyil, sabahın da evidir”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 Avqust 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri