Icma.az
close
up
RU
Məmməd Araz gecəsinin əbədilik duyğusu

Məmməd Araz gecəsinin əbədilik duyğusu

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Adilə Nəzər
Filoloq-alim, şair, tədbirin ssenari müəllifi

Bu yazı bir tədbirin rəsmi xronikası deyil. Burada yazılanlar Məmməd Arazın xatirə gecəsində eşitdiklərimdən, hiss etdiklərimdən və o axşam yaddaşımda qalan səssiz anlardan ibarətdir. Ola bilsin, hər şey tam deyil, amma hər şey səmimidir.
Təxminən bir aydan artıqdır planlaşdırdığımız gecə nəhayət ki, 10 yanvar 2026-cı ildə baş tutdu. Bakının qış havası gələnlərin ovqatını bir qədər ağırlaşdırsa da, Hollywood Sarayına daxil olan hər kəsin üzündə bir rahatlıq, bir məmnunluq hissi sezilirdi. Hollivud Sarayının Monro Zalının istiliyi, bir tərəfdə oxucusunu gözləyən kitabların təqdimatı qonaqlarda xüsusi bir sevinc yaratmışdı.
Tədbirin əvvəlində şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca isə fəxr və qürur hissi ilə - kimimiz səsli, kimimiz içdən oxumaqla Dövlət Himni səsləndi.
Gecənin başlanğıcında Məmməd Arazın öz səsində səslənən “Məni qoymayın təklənəm” şeiri zalda xüsusi bir ovqat yaratdı. Şairin səsi illəri aşaraq bu gecənin ruhuna çevrildi, tədbirin bütün gedişinə mənəvi istiqamət verdi.
Gecənin formatı ənənəvi tədbirlərdən fərqlənirdi. Çay süfrəsi arxasında, müxtəlif təamlar ətrafında keçən vaxt poeziyanın yaratdığı poetik aləmlə qovuşur, sözlə gündəlik həyat arasında isti və səmimi bir körpü qurulurdu.
İlk çıxışlar gecənin intellektual çərçivəsini müəyyənləşdirdi. Akademik Nizami Cəfərovun səlis və nüfuzlu çıxışı Məmməd Araz yaradıcılığına elmi və estetik baxışın əsas istiqamətlərini açdı, şairin poetik nəfəsini və ədəbi mövqeyini dərinliklə təqdim etdi. Ardınca Əməkdar incəsənət xadimi Nazim Kazımovun söz və musiqinin vəhdəti barədə fikirləri bu elmi xətti tamamladı. Bu mərhələdə tamaşaçı artıq şairin sözünü həm elmi düşüncə, həm də estetik duyum müstəvisində dərk edirdi.
Bu dəfə tədbir rəsmi və bədii hissə kimi sərt bölgüyə ayrılmadı. Gecə tədricən bədii ovqata keçid etməyə başladı. II Televiziya Muğam müsabiqəsinin qalibi Güllü Muradovanın ifasında səslənən muğam Məmməd Araz sözünün ruhunu sanki canlı nəfəs kimi zalda dolaşdırdı. Muğamın hər notunda şairin dərdi, sevgisi və milli duyğuları duyulurdu.
Növbələşən çıxışlar tədqiqatçı-alim, şair Qardaşxan Əzizxanlı ilə davam etdi. O, Məmməd Araz yaradıcılığını bütöv bir poetik sistem, zamanla və tarixlə dialoqda olan düşüncə dünyası kimi təqdim etdi. Bu təqdimatda aydın hiss olunurdu ki, bu poeziya təkcə oxunmur - araşdırılır, mənalandırılır və insanın vicdan yaddaşına yazılır.
Ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangirin analitik yanaşması isə şairin sözünə başqa bir dərinlik qatdı. Onun çıxışında Məmməd Araz poeziyası tənqidi baxışın prizmasından keçərək həm ictimai, həm də fəlsəfi məna qatları ilə açılırdı. Bu baxış şairin sözünün zamanla necə böyüdüyünü, necə məsuliyyət daşıdığını bir daha göstərdi.
Gecənin musiqi hissəsi tamaşaçını ayrı bir aləmə apardı. Niyaməddin Musayevin ifasında səslənən “Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısı söz və musiqinin nadir vəhdətini nümayiş etdirdi. Bəstəkarın öz ifasında səslənən bu mahnı Məmməd Araz dünyasını tamaşaçıya daha da yaxınlaşdırdı.
Aktyor-qiraətçi Kamran Yunisin ifası şairin sözünü birbaşa insanın vicdanına ünvanladı. Həlimət Sultanın özünəməxsus qiraətində səslənən “Məndən ötdü” şeiri isə zalda sakit, lakin dərin bir təsir yaratdı - nəsillərin bir-birinə ötürdüyü ağrı, ötüb keçdiyini sandığımız zərbələrin əslində Vətənə dəydiyi həqiqəti hər kəsin qəlbində oyatdı.
Rəsmi çıxışlar sırasında şair Sabir Rüstəmxanlının sözləri poeziyada ruhdaşlığın və eyni dərdin eyni dildən necə danışa bildiyini göstərdi. Onun çıxışı Məmməd Araz poeziyasının vətəndaşlıq mövqeyini, milli ağrını və mənəvi məsuliyyəti bir daha ön plana çıxardı.
Gecənin elmi-fəlsəfi xətti akademik Muxtar İmanovun çıxışı ilə daha da dərinləşdi. O, Məmməd Araz sözünün folklor yaddaşı ilə bağlarını, şairin poeziyasında xalq düşüncəsinin, mifoloji və milli arxetiplərin izlərini ön plana çəkdi.
Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovanın, bəstəkar-müğənni Çilənay Hüseynovanın, Mehranə Vəliqızının, Aşıq Ramin Qarayevin və Sərxan Bünyadzadənin ifaları gecəyə ritm, axıcılıq və emosional zənginlik gətirdi. Hər ifa Məmməd Araz sözünün başqa bir qatını açırdı.
Şirzad Pirallahının ifası gecənin ən coşqulu anlarından biri oldu. Onun haqq səsi ilə səsləndirdiyi “Qalx ayağa, Azərbaycan” misrası bütün salonu ayağa qaldırdı. Şirzad bəy səhnədə diz çökərək qoynunda saxladığı Azərbaycan bayrağını başı üzərində dalğalandırdı. Bu an zal bütövlükdə ayaqda alqışladı - bu artıq kollektiv bir hissin ifadəsi idi.
Qiraətçilər Müşfiqə Baləddinqızı, Ülviyyə Niyazqızı, İbrahim Əhmədov və Hədəf Liseyinin şagirdləri şairin sevgi, xatirə və insan taleyi ilə bağlı misralarını müxtəlif ovqatlarda - bəzən ümidlə, bəzən nisgillə, bəzən də Vətən və insanlıq dərdi ilə dolu şəkildə təqdim etdilər.
Gecədə mən də şairin yaradıcılığı haqqında qısa fikirlərimi bölüşdüm, ustada həsr etdiyim şeiri oxudum. Dinləyicilərin reaksiyasından hiss olunurdu ki, Məmməd Araz yaradıcılığı bu gün də çağdaş şairlərin və alimlərin düşüncə gündəmindədir və öz təsir gücünü qoruyur.
Tədbirin vizual tərəfi də xüsusi diqqət çəkirdi. Məmməd Arazın ev-muzeyinin direktoru Əzizə Süleymanovanın təqdim etdiyi Naxçıvandakı Ev Muzeyindən çəkilişlər şairin həyat və yaradıcılıq mühitini canlı şəkildə nümayiş etdirdi. Bu görüntülər tamaşaçıya şairi yalnız söz və səsdə deyil, onun yaşadığı məkanda da hiss etmək imkanı verdi.
Ailə üzvləri adından yazıçı Aqil Abbas çıxış edərək xatirə gecəsini təşkil edənlərə təşəkkürünü bildirdi və belə gecələrin xüsusilə 60-cı illər Azərbaycan ədəbiyyatının aparıcı simaları – Xəlil Rza, Tofiq Bayram, Əli Kərim və başqaları üçün də keçirilməsinin vacibliyini vurğuladı. Aqil müəllimin çıxışının sonunda səhnənin bir tərəfində kitablar və gül dəstələri ilə birgə yerləşdirdiyim masa üzərindəki rəsm əsərini götürüb səhnədən enməsi zalda xoş bir gülüş yaratdı. Bu, tədbirin sonunda Məmməd Arazın Ev Muzeyinə hədiyyə etməyi planlaşdırdığım, 25-30 il əvvəl çəkilmiş, müəllifinin adını xatırlamadığım bir rəssamın əl işi idi. Əlbəttə ki, sonda Aqil müəllimi razı salıb əsəri aid olduğu ünvana çatdırdım.
Tədbir zamanı yaranan bəzi texniki çətinliklər məni istər-istəməz həyəcanlandırmış, içimdə müəyyən bir gərginlik yaratmışdı. Amma gecənin sonuna doğru bu hisslər çəkildi, söz və ovqat yenidən öz yerini tapdı. Mən də nəhayət bir stəkan çay içmək fürsəti tapdım və beləcə tədbirin sonuna gəldik.
Gecə Məmməd Arazın öz səsində səslənən “Salamat qal, salamat” şeiri ilə yekunlaşdı. Bu səs gecənin üzərinə çəkilən həm vida, həm də əbədilik duyğusu oldu.
Ümumilikdə, bu xatirə gecəsi Məmməd Araz sözünün musiqi, qiraət və canlı ifa vasitəsilə çay süfrəsi ətrafında daha fərqli, daha səmimi bir mühitdə yaşadığını bir daha sübut etdi. Hər çıxış, hər ifa onun poetik dünyasının ayrı-ayrı qatlarını açdı, tamaşaçıya təkcə söz yox, həm də hiss və ruh ötürdü.
Bu Gecənin təşkilinə mən, hörmətli Ələddin Məmmədli, Adilə Məmmədli, İslam Bağırov, Qardaşxan Əzizxanlı və b. bir aydan artıq hazırlaşmışdıq - və əminliklə deyə bilərəm ki, əməyimiz öz bəhrəsini verdi. Bütün gərginliklərə, xırda texniki çətinliklərə baxmayaraq, söz öz yerini tapdı, ümumi ovqat dağılmadı. Məmməd Arazın adı bir daha sübut etdi ki, o, təkcə xatirələrdə yox, elə bu günün özündə, sözündə yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Yanvar 2026 23:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri