Icma.az
close
up
RU
Məmmədov Cenevrədə Mirzoyana bu sözlərlə cavab verdi

Məmmədov Cenevrədə Mirzoyana bu sözlərlə cavab verdi

Icma.az, Axar.az saytına istinadən bildirir.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə Ararat Mirzoyana cavab verib.

Axar.az XİN-ə istinadən xəbər verir ki, 24 fevral 2025-ci il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında bəyanatla çıxış edib.

O, Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verib.

Nazir müavininin sözlərinə görə, ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər: "İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik".

"Münaqişədən sonrakı reabilitasiya münaqişənin bütün mənfi nəticələrinin aradan qaldırılmasını tələb edir ki, bu da eyni zamanda cinayət törətməkdə şübhəli bilinən şəxsləri ədalətə cəlb etməyi ehtiva edir. Bu Azərbaycanın təkcə hüququ deyil, həmçinin beynəlxalq hüquqa görə müharibə cinayətləri törətməkdə şübhəli bilinənləri məsuliyyətə cəlb etmək öhdəliyidir. Biz təqsirləndirilən şəxslərin bütün prosessual hüquqlarının lazımi beynəlxalq standartlara uyğun şəkildə təmin olunmasını təmin etmişik və bundan sonra da davam edəcəyik. Bu səylər ədalətə xidmət edəcək", - nazir müavini vurğulayıb.

Müharibə dövründə törədilmiş cinayətlərdən danışarkən münaqişə nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi və ailələrinin davamlı əzab-əziyyətinə son qoyulması mühüm əhəmiyyət kəsb edir. Biz BMT-nin müvafiq orqanlarını və mexanizmlərini bu insanların taleyinə və harada olduqlarına aydınlıq gətirmək məqsədilə bu məsələni öz gündəliyində yüksək tutmağa və Ermənistandan tam əməkdaşlıq tələb etməyə çağırırıq.

Digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir. Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar. Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir. Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir.

Qeyd edək ki, Azərbaycan işğal olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ olan yüz minlərlə məcburi köçkün azərbaycanlının hüquqlarını təmin etmək məqsədilə münaqişədən sonrakı genişmiqyaslı bərpa işləri ilə məşğul olur. Azərbaycan "Böyük Qayıdış" proqramını hazırlayıb və həyata keçirir. Bunun nəticəsidir ki, artıq bir neçə yüz ailə öz doğma torpaqlarına qayıdıb.

Əfsuslar olsun ki, Azərbaycanın ərazilərinin minalardan və digər partlayıcı qurğulardan ibarət olan böyük miqdarda çirkləndirilməsi bizim bərpa işlərimizin uğurla davam etdirilməsi üçün əhəmiyyətli maneə olaraq qalır. 2020-ci ildə münaqişənin bitməsindən sonra mülki şəxslər daxil olmaqla 400-ə qədər azərbaycanlı minaların qurbanı olub. Humanitar minatəmizləmə fəaliyyətinə beynəlxalq dəstəyin artırılmasına, minaların insan hüquqlarının təminatına mənfi təsirinin aradan qaldırılmasına, mina qurbanlarının reabilitasiyasına dəstək göstərilməsi çağırışımızı bir daha təkrar edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 Fevral 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri