Memorial Kompleksin Xocalı şəhərində açılışı çox önəmli tarixi hadisədir ŞƏRH
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Memorial Kompleksin Xocalı şəhərində açılışı çox mühüm tarixi hadisədir. Bir o qədər də önəmli Prezident İlham Əliyevin açılış mərasimində dünya və yerli ictimaiyyətə verdiyi mesajlar idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
O deyib: “Məlum oldu ki, Kompleksin layihəsi müharbədən əvvəl hazır idi və onun Bakıda inşa olunması planlaşdırılmışdı. Lakin Prezidentin bu abidənin azad Xocalıda qurulacağına inanırdı və bu inam özünü doğrultdu. Həqiqətən də memorial Bakıda açılsa idi, bu daha çox simvolik xarakter dayışacaqdı, lakin bunun məhz Xocalıda inşa edilməsi, faktiki suverenliyimizin və qələbəmizin mənəvi tamamlanması oldu.
O bildirib ki, uzun illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” tələbi əvvəl döyüş meydanında, sonra Baki Hərbi Məhkəməsində və nəhayət Xocalıda soyqırımı kompleksini inşa etməklə bərqərar oldu. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Bəli, biz Ermənistanın xalqımıza qarşı törətdiyi bəşəri cinayətləri heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 27 Fevral 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















