Icma.az
close
up
RU
Məmur xalqın qayğıları ilə yaşamalıdır

Məmur xalqın qayğıları ilə yaşamalıdır

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Noyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan şəhərində Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Görüş zamanı dövlət başçısı çıxış edərək, həyata keçirilən kadr təyinatlarının əhəmiyyəti, qarşıya qoyulan vəzifələr və dövlət idarəçiliyinin yeni mərhələsi barədə ətraflı danışıb.

Cənab Prezident qeyd edib ki, son illərdə ölkəmizdə aparılan institusional və struktur islahatlar idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsinə yönəlib. Onun sözlərinə görə, hər bir təyinatın arxasında müəyyən məqsədyönlü siyasət dayanır bu siyasətin əsas məqsədi isə xalqın maraqlarına xidmət edən, şəffaf, məsuliyyətli və peşəkar idarəetmənin təmin olunmasıdır.

Dövlət Başçısı bildirib ki, rəhbər vəzifələrə təyin olunan şəxslər dövlətin etimadını doğrultmaq üçün fəaliyyətlərini konkret nəticələr üzərində qurmalıdırlar. “Hər bir icra başçısı, hər bir səlahiyyətli nümayəndə xalqa yaxın olmalı, onun qayğıları ilə yaşamalıdır. Dövlət qulluqçusunun əsas vəzifəsi vətəndaşların problemlərini dinləmək və onların həlli üçün real addımlar atmaqdır”, – deyə Prezident vurğulayıb.

Cənab Prezident çıxışında kadr siyasətində əsas meyarların peşəkarlıq, dürüstlük və mənəvi saflıq olduğunu bildirib. Onun fikrincə, rəhbər şəxslərin öz davranış və idarəetmə tərzi ilə nümunə göstərməsi dövlətin imicinin qorunması baxımından böyük əhəmiyyət daşıyır. Ölkə Başçısı xəbərdarlıq edib ki, vəzifəsindən sui-istifadə edən, xalqa qarşı laqeyd münasibət göstərən, yaxud korrupsiya hallarına yol verən məmurlar barəsində ciddi tədbirlər görüləcək.

Prezident korrupsiya və rüşvətxorluqla mübarizəni dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi qiymətləndirib. O qeyd edib ki, ölkənin inkişafı və idarəetmədə etimad mühitinin formalaşması yalnız şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanmalıdır. “Bizim məqsədimiz hər bir məmurun fəaliyyətinə ictimai etimadı gücləndirmək, dövlət orqanlarının cəmiyyətdə inam simvoluna çevrilməsini təmin etməkdir”,  deyə dövlət başçısı əlavə edib.

Dövlət Başçısı Naxçıvanın inkişaf perspektivlərinə də toxunaraq, bölgənin ölkənin sosial-iqtisadi həyatında xüsusi rol oynadığını bildirib. O, yeni təyin olunan səlahiyyətli nümayəndənin qarşısında dayanan əsas vəzifələrin Naxçıvanda infrastrukturun müasirləşdirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, əhalinin rifah səviyyəsinin yüksəldilməsi və dövlət siyasətinin bütün istiqamətlərinin səmərəli icrası ilə bağlı olduğunu vurğulayıb.

Prezident, eyni zamanda, regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasının vacibliyinə diqqət çəkib. O qeyd edib ki, dövlətin həyata keçirdiyi genişmiqyaslı layihələr yolların, enerji infrastrukturlarının, sosial obyektlərin inşası yerlərdə iqtisadi fəallığı artırmaqla yanaşı, vətəndaşların həyat keyfiyyətinə birbaşa təsir göstərir. Bu səbəbdən hər bir icra başçısı öz rayonunda inkişaf strategiyasını düzgün müəyyənləşdirməli və dövlət proqramlarının icrasına məsuliyyətlə yanaşmalıdır.

Görüş zamanı cənab İlham Əliyev bildirib ki, son illərdə ölkənin bütün bölgələrində müşahidə olunan yenilənmə prosesi yeni idarəçilik modelinin formalaşmasına səbəb olub. Dövlət başçısı vurğulayıb ki, qarşıdakı illərdə aparılan islahatlar nəticəsində həm mərkəzi, həm də yerli səviyyədə idarəetmənin müasir tələblərə uyğunlaşdırılması davam etdiriləcək.

Prezidentin çıxışı həm yeni təyin olunan məmurlar üçün fəaliyyət proqramı xarakteri daşıyıb, həm də ümumilikdə dövlət idarəçiliyində məsuliyyət və hesabatlılıq prinsipinin bir daha təsdiqi kimi qiymətləndirilib.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Noyabr 2025 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri