Icma.az
close
up
RU
Məmurun qardaşı oğlu erməni Karina ilə evli imiş

Məmurun qardaşı oğlu erməni Karina ilə evli imiş

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Rauf Vəliyevin ailə çevrəsi ilə bağlı ictimai rezonans doğuran məlumatlar üzə çıxıb.

KONKRET.az musavat.com-a istinadla bildirir ki, söhbət birbaşa sabiq yüksək vəzifəli məmurun özündən deyil, onun birinci dərəcəli qohumu olan şəxsin şəxsi və ailə münasibətlərindən gedir.

Məlumata görə, Rauf Vəliyevin qardaşı oğlu Anar Vəliyev Rusiya vətəndaşıdır və uzun illərdir Moskvada yaşayır. Bildirilir ki, Anar Vəliyev artıq 10 ildən çoxdur erməni əsilli Karina Navasardyanla qeyri-rəsmi, yəni vətəndaş nikahında yaşayır və bu münasibətdən bir övladları var. Qeyd olunur ki, Anar Vəliyev müxtəlif illərdə Azərbaycanda bir neçə dəfə nişanlansa da, nəticədə hər dəfə bu nişanlar pozulub və o, erməni ailəsini üstün tutub.

Mənbələrin iddiasına əsasən, Anar Vəliyev Rusiya xüsusi xidmət orqanlarına yaxın çevrələrlə əlaqələrə malikdir və eyni zamanda erməni diaspor strukturları ilə təmasdadır. Bildirilir ki, onun şəxsi həyatında ciddi nəzarət rejimi mövcuddur. Belə ki, Anar Vəliyev Azərbaycandakı dostları, qohumları və keçmiş nişanlıları ilə əlaqə saxladığı telefonu avtomobilində gizlədir, evə daxil olarkən bu telefonu söndürür, həyat yoldaşının yanında isə yalnız Rusiyadakı çevrəsi və Karina Navasardyanın icazə verdiyi şəxslərlə danışdığı ayrı bir telefon vasitəsilə ünsiyyət qurur.

İddialara görə, bu münasibət Anar Vəliyevin Azərbaycandakı nüvə ailəsinə, eləcə də əmisi Rauf Vəliyevə uzun müddət məlum olub və fakt illərdir ört-basdır edilib. Qeyd edilir ki, kökləri Qarabağın Cəbrayıl rayonundan olan Vəliyevlər ailəsinin böyük əksəriyyəti bu evlilikdən xəbərsizdir və ailənin əksər üzvləri türk düşməni kimi qəbul edilən bir millətlə qohumluğa prinsipial olaraq mənfi yanaşır. Buna baxmayaraq, fakt ondan ibarətdir ki, uzun illər ölkədə yüksək vəzifələr tutmuş bir məmurun qardaşı oğlunun erməni ailəsi mövcuddur.

Məsələ təkcə ailə münasibətləri çərçivəsində qiymətləndirilmir. Ekspertlər bildirirlər ki, Ermənistanla uzunmüddətli münaqişə vəziyyətində olmuş, hələ də sülh müqaviləsi imzalamamış bir ölkə üçün yüksək vəzifəli məmurların birinci dərəcəli qohumlarının bu cür ailə və xarici əlaqələri milli təhlükəsizlik kontekstində risk amili kimi dəyərləndirilə bilər. Xüsusilə Rusiya kimi kəşfiyyat savaşlarının aktiv getdiyi bir ölkədə, erməni diasporu ilə sıx bağlı çevrələrdə yaşayan şəxslərin Azərbaycanla bağlı hər hansı həssas məlumatlara çıxış imkanları cəmiyyətdə haqlı suallar doğurur.

Xatırladaq ki, Anar Vəliyevin əmisi Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. O, 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1990–1997-ci illərdə “Xəzərdənizneftdonanma” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisinə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, idarənin xarici əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışıb, 1997-ci ildən həmin idarənin xarici əlaqələr üzrə müavini olub. Sonrakı illərdə ARDNŞ-də müxtəlif rəhbər vəzifələrdə işləyib.

Azərbaycan Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib. O, 2011-ci ildə “Əməkdar mühəndis” fəxri adına, 2018-ci ildə 2-ci dərəcəli “Əmək” ordeninə, 2025-ci il avqustun 11-də isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 16 yanvar 2026-cı ildə isə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri