Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Ankara və İrəvanın yeni məramları nədir?

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Mən arıqlamaq istəyirəm!

Mən arıqlamaq istəyirəm!

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hal-hazırda artıq çəki problemindən çoxları əziyyət çəkir. Artıq çəki ilə mübarizə aparmamışdan qabaq ideal çəkinizi müəyyənləşdirmək lazımdır.

Bunun üçün adətən aşağıdakı formuladan istifadə olunur:

- Boyun uzunluğu 165 sm-dək olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 100

- Boyun uzunluğu 166-175 sm-dək olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 105.

- Boyun uzunluğu 175 sm-dən artıq olarsa, ideal çəki = boyun sm-lə olan ölçüsü - 110.

Əgər sizin bədən quruluşunuzun tipi astenikdirsə (uzun ətraflar, uzun nazik boyun, nazik sümüklər), onda alınmış nəticəni 10% azaltmaq lazımdır. Əgər sizin bədən quruluşunuzun tipi hiperstenikdirsə (iri sümüklər, qısa ayaqlar, enli çiyinlər, enli döş qəfəsi və çanaq sümüyü), onda alınmış nəticəni 10% artırmaq lazımdır. Normal proporsional bədən quruluşunda formulaya uyğun aparılan hesablamanın nəticəsi sizin ideal çəkiniz hesab olunur (misal üçün, boy 168-105=63 - ideal çəki).

Artıq çəki probleminin effektiv şəkildə həll edilməsi üsulu pəhrizlər hesab olunur. Amma pəhrizə “oturmamışdan” qabaq, artıq çəki ilə daha sadə üsullarla mübarizə aparmağa çalışmaq lazımdır. Əgər çəkinizin artıq olduğunu hesab edirsinizsə, onda ilkin olaraq karbohidratlardan (un və qənnadi məmulatları, kartof, şirin içkilər, şirniyyatlar və s.) istifadə edilməsini minimal həddə qədər azaldın. Belə ki, məhz karbohidratlar artıq çəkinin əsas “günahkarlarıdır”. İştahanı artırdıqları üçün, həmçinin duzlu, kəskin, hisə verilmiş məmulatlardan, yağlı və qızardılmış yeməklərdən də imtina etmək lazımdır. Qida rasionunuzda daha çox meyvə, tərəvəz, sıyıqlar və tərkibində yağı az olan süd məhsullarının olmasına da diqqət yetirin. Gün ərzində təxminən 1,5-2 litr maye qəbul edilməsi də vacib hesab edilir (bura şorbalar da daxildir).

Normal qidalanmanın və maddələr mübadiləsinin əsas şərti - qida qəbulunun vaxtıdır. Bu məqsədlə bir neçə qaydaya əməl etmək lazımdır: gecə yemək olmaz, sonuncu qida qəbulu yatmamışdan 4 saat əvvəl olmalıdır; hər gün eyni vaxtda qidalanmaq məsləhət görülür. Mədənizi bir dəfəyə çox yükləməyə də cəhd etməyin. Çalışın ki, qidanı gün ərzində 4-5 dəfəyə, kiçik hissələrlə qəbul edəsiniz.

Çəkini pəhrizsiz azaltmağın yaxşı üsulu təbii alma sirkəsinin qəbul edilməsi hesab olunur. Bu məqsədlə hər dəfə qida qəbulundan əvvəl 1 stəkan suya 1 xörək qaşığı alma sirkəsi və yarım çay qaşığı bal qatıb içmək lazımdır. Sirkə diş minasını zədələdiyi üçün  bundan sonra mütləq ağızı yaxalamaq məsləhət görülür. Əlbəttə ki, mədəsində müəyyən problemləri olanlar üçün sirkədən istifadə etmək zərərlidir.

Arıqlamaq üçün otlardan hazırlanmış müxtəlif çaylar da yaxşı effekt verir. Belə çayları həm aptekdən almaq, həm də ev şəraitində hazırlamaq olar. Qarğıdalı saçaqları və kətan toxumları iştahanı azaltmaq təsirinə malikdirlər. Qarğıdalı saçaqlarından hazırlanan dəmləmə nəinki iştahanı azaldır, həmçinin yüngül sidikqovucu və ödqovucu təsir göstərərək, maddələr mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını da azaldır.

Arıqlamaq üçün daha bir çay resepti: 1 xörək qaşığı otlardan ibarət qarışığın  (çobanyastığı, gicitkən, dəvədabanı, boymadərən, razyana, cirə, cəfəri, şüyüd, pıtraq və zəncirotu kökləri) üzərinə 1 stəkan qaynar su töküb dəmləmək, süzmək və gün ərzində 2-3 dəfə adi çay kimi içmək lazımdır. Artıq çəki ilə mübarizədə yaşıl çay (o şlakları çox yaxşı təmizləyir), həmçinin itburnu, qara qarağat, moruq çayları da müsbət təsir göstərir. Əgər siz qidalanmağınıza məhdudiyyət qoymağınıza baxmayaraq çəkiniz azalmırsa və ya əksinə olaraq, artırsa, onda mütləq həkimə müraciət etmək lazımdır. Bu hər hansısa bir xəstəliyin əlaməti ola bilər.

Yadda saxlamaq lazımdır ki, pəhriz nəticəsində orqanizmin sağlamlığına ciddi zərər yetirə biləcək bir sıra hallar və xəstəliklər vardır. Məhz buna görə pəhrizə “oturmamışdan” qabaq mütləq həkimlə də məsləhətləşmək lazımdır.

Bütün dünya dietoloqları mono-pəhrizlərdən istifadə etməyi məsləhət görmürlər. Mono-pəhriz bir ərzaqla qidalanmadır (qarabaşaq pəhrizi, qarpız pəhrizi, alma pəhrizi, qatıq pəhrizi və s.). Bu pəhrizdən sonra aclıqdan “qorxan” orqanizm qısa bir müddət ərzində daha artıq miqdarda “piy ehtiyatı” yığmağa başlayır və nəticədə insan pəhrizdən əvvəlki çəkidən də daha artıq çəki yığmış olur.

Ona görə də pəhriz tutmağa qərar verdikdə azkalorili pəhrizi seçmək lazımdır. Bu cür pəhrizi uzun müddət - 2-3 ay tutmaq olar. Belə pəhrizlər orqanizmə zərər vermir, əksinə, onu sağlam edir. Pəhriz saxlamaq üçün ən yaxşı vaxt yay aylarıdır. Bu vaxt pəhrizdən başqa, güclü tər ifrazı, yüksək aktivlik (qış fəsli ilə müqayisədə), aclıq hissini boğan isti hava, kalorisi az olan meyvə və giləmeyvələrin bolluğu da arıqlamağa kömək edir.

Əgər növbəti gündən pəhriz tutmağa qərar vermisinizsə, onda əvvəlki günün şam yeməyi çox yüngül, məsələn, salat və bir stəkan qatıqdan ibarət olmalıdır.

Qeyd etmək lazımdır ki, əgər siz pəhrizlə paralel olaraq heç olmasa yüngül fiziki hərəkətlər etməsəniz, onda ən yaxşı pəhriz belə, yüksək nəticə verməyəcəkdir. Gözəl bədən quruluşuna sahib olmağın ən yaxşı üsulu trenajor və ya fitnes-zalda təcrübəli məşqçinin rəhbərliyi altında məşq etməkdir. Əgər belə bir imkanınız yoxdursa, onda saytımızda təqdim olunan "Yaxşı bədən quruluşu üçün fiziki hərəkətlər kompleksi" adlı məqalədə göstərilmiş fiziki hərəkətlər kompleksindən istifadə edə bilərsiniz. Çəkini azaltmağa su proseduraları da yaxşı kömək edir. Müntəzəm olaraq hovuza getmək yalnız bədən çəkisinin azalmasına deyil, həmçinin bədən əzələlərinin möhkəmlənməsinə də kömək edir. Arıqlamaq məqsədi ilə, ümumiyyətlə bacardığınız qədər çox hərəkət etmək (piyada gəzmək, qaçmaq, rəqs etmək və s.) tövsiyə olunur.

Kosmetik salonda edilən masaj (əl və ya aparatla), müxtəlif bürünmələr və s. bu kimi proseduralar da arıqlamağa yaxşı kömək edir.

Azkalorili pəhrizin variantı

Qida gündə 5 dəfə qəbul olunur. Yatmazdan əvvəl 1 stəkan 1%-li qatıq içilməsinə icazə verilir. Səhər və nahar, nahar və şam yeməklərinin arasında iki alma və ya portağal və ya hər hansı başqa meyvələr (banan və üzümdən başqa) yemək olar. Pəhriz zamanı spirtli içki, şirniyyatlar, un məmulatları, yağlı, qızardılmış, duzlu və hisə verilmiş yeməklər rasiondan tam çıxarılmalıdır. Yeməyi buxarda hazırlamaq, tam yağsız bişirmək lazımdır. Salata limon şirəsi də vurulur. Yemək porsiyası çox olmamalıdır - 150-200 qr. Çörək isə sutkada 1-2 dilim və ancaq qara olmalıdır. Sutkada 1,5-2 litr maye qəbul olunmalıdır (şirin içkilər və şirələr istisna olunur). Pəhriz zamanı yaşıl çay, itburnu və moruqdan hazırlanmış çaylar daha çox məsləhət görülür.

Birinci səhər yeməyi (təxminən saat 8-də) - su ilə hazırlanmış sıyıq (qarabaşaq, yulaf, arpa, buğdadan) və ya parda bişirilmiş omlet və ya qaynadılmış yumurta ilə 1 dilim qara çörək və ya az miqdarda pendirlə 1 dilim çörək.

İkinci səhər yeməyi (təxminən saat 10-da) -100 qram kəsmik və ya şirnisiz yoqurt və ya limon şirəsi sıxılmış tərəvəz salatı və ya buxarda tərəvəzlərdən hazırlanmış püre.

Nahar (təxminən saat 12-13-də) - qaynadılmış yağsız mal əti, balıq və ya quş əti (təxminən 100-150 qram) ilə birlikdə buxarda bişirilmiş tərəvəzlər, tərəvəz salatı və ya tərəvəz şorbası. 1-2 dilim qara çörək də əlavə etmək olar.

İkinci nahar (saat 16-17) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 100 qram kəsmik və ya bioyoqurt.

Şam yeməyi (saat 18-19) - buxarda bişirilmiş tərəvəzlər və ya tərəvəz salatı və ya 150 qram kəsmik.

Bu pəhrizi 2-3 ay tutmaq olar. Lazımi nəticəni əldə etdikdən sonra bu nəticəni saxlamaq üçün rasionda şirniyyat, un məmulatları, yağlı, qızardılmış, duzlu yeməkləri kəskin məhdudlaşdırmaq lazımdır.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Oktyabr 2026 01:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see357

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see258

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see247

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see230

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see225

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see201

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see195

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see178

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see171

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see168

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see168

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see163

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see160

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see160

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see158

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see150

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see149

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see149

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see149

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri