Icma.az
close
up
RU
Mən bu məqamda Vilayət Eyvazovun durduğu yerdəyəm!

Mən bu məqamda Vilayət Eyvazovun durduğu yerdəyəm!

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daxili işlər naziri Vilayət Eyvazov heç bir halda ümumi dəyərləri pozmayıb!

Bu məsələdə daxili işlər naziri kimi yox, xarakter insanı kimi Vilayət Eyvazovun durduğu yerdəyəm!

Elə dəyərlər var ki, hətta düşmənə qarşı da o dəyərlər qorunmalıdır, çünki ümumidir, hamı tərəfindən dəstəklənir, dəyişməzdir, dost-düşmən arasında fərqləndirilməməlidir.

Çoxdanın söhbətidir – hamımız şahid olmuşuq bu hadisəyə…

Hələ indiki böyük və məsuliyyətli vəzifəsini tutmayana qədər bir əməliyyatçımız o vaxt məşhur olan, qabağından yeməyən, yetənə-yetən, yetməyənə söz tullayan, dönməz, cəsur, bir az da artıq risk edən, sifəti olan müxalifətçi baş redaktorun (indi onun haqqında belə düşünülmür) qoluna qandal vurdu.

Birlikdə evin önünə çıxdılar, əməliyyatçı ilə baş redaktorun boy-buxunlarındakı fərq də iqtidarla müxalifətin gücünün o vaxtkı göstəricisi idi.

Əməliyyatçı təsadüfi seçilməmişdi – xarakterindən tutmuş boy-buxun və baxışlara qədər hər şey nəzərə alınmışdı.

Baş redaktorun evindən silah çıxdı, sonra baxdılar ki, silahın içi boşdur, boşladılar.

Sonra bu hadisənin üstündən az keçmiş müxalifətçi baş redaktor ailəsi ilə restorana daxil olarkən həmin əməliyyatçı ilə (indi məşhur generalımızdır, öz sahəsində ad qazanandır, sözünü keçirəndir) rastlaşır və başlayır ağzına gələni danışmağa, əməliyyatçının yanında olan tanışı baş redaktorun cavabını vermək istəsə də, əməliyyatçı buna imkan vermir, baş redaktorun ailəsi ilə bir yerdə olduğunu xatırladır, heç nə demədən, etmədən, hörmətlə oradan uzaqlaşır, söhbəti başqa vaxta saxlamağı tövsiyə edir.

Sonradan bu hadisə haqda baş redaktor özü də yazdı və əməliyyatçının bu hərəkətini təqdir etdi.

Əməliyyatçının bu hərəkəti hamı tərəfindən rəğbətlə qarşılandı, hətta qatı düşmənləri tərəfindən belə.

Bəlkə də bu əməliyyatçını sonra çalışdığı sahədə daha böyük pillələrə daşıyan məhz bu xarakteri, bu hərəkəti, göstərdiyi bu nümunə oldu.

Elə dəyərlər var ki, hətta düşmənə qarşı da o dəyərlər qorunmalıdır, çünki ümumidir, hamı tərəfindən dəstəklənir, dəyişməzdir, dost-düşmən arasında fərqləndirilməməlidir.

Baxın, biz yenə belə nümunənin, hərəkətin yanındayıq, tərəfindəyik, şəxsi mənada bizə heç bir yaxşılığı keçməmiş insanın başqasına etdiyi hərəkət səndə ona qarşı rəğbət yaradır, onu sənə doğma edir, onu özününki bilirsən və s.

Böyük bir sənətkarımız ağır xəstəliyə tutulub – hər zaman şəxsiyyəti ilə öndə olub, sənəti onsuz da öndə idi, xarakter insanıdır – ağır xəstəlik ilə üz-üzə olsa da, xaricdə müalicə imkanları olsa da, deyir: “Mən xalq artistiyəm, gedim xaricdə deyim ki, öz həkimlərimiz həkim deyil, ümidim sizədir, onlara inanmıram?!”

Baxın – şəxsiyyət olmaq, nümunə olmaq budur, bu, təkcə ondan gözlənilən idi, onu da etdi!

Ailə-uşaq yanında etik qaydaları aşmayan, adət-ənənələrə hörmət edən, qadın-uşaq yanında təmkin göstərən əməliyyatçının, ölüm ayağında belə öz həkiminin şərəfini düşünən, qoruyan sənət insanının, atasının qisasını alan oğulun, dostunun qisasını almaq istəyən dostun, qardaşının qisasını almaq istəyən və alan qardaşın yanındayam!

Çünki bunlar nümunədirlər, çox azdırlar, təkdirlər, təkrarsızdırlar… Adi insan kimi bitərəf, amma sənət insanı kimi gözümdə bu cür böyüyən insanların tərəfindəyəm – insanları belə böyüdən tərəfin yanındayam!

Bax, bir sənət insanı kimi belə əməliyyatçı, sənət insanı, övlad-oğul, qardaş və dost filmlərimin qəhrəmanlarıdır – bu filmləri çəksəm də, çəkməsəm də, çəkə bilsəm də, bilməsəm də, çəkməyə qoysalar da, qoymasalar da…

P.S. İllər öncə yazdığım məqalədən bir hissə…

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 İyun 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri