Mən də gərək haradasa atasını, anasını, bacısını tanımayan bir insan olardım?
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
“Məndə panik atak insanların naqisliyindən yaranır. Deyirlər ki, niyə rəylərə baxırsan? Biri barəmdə xoş söz yazanda əllisi pis yazır. İnsanlar, mən sizə nə etmişəm? Mən də gərək haradasa atasını, anasını, bacısını tanımayan bir insan olardım? Küçələrdə qalardım? Onda deyərdiniz ki, nə yaxşı... İndi 70 yaşımdayam. Allah ömür versə, sentyabrda 70 yaşım olacaq. Ağ saçlarımı da bu dəqiqə insanlar başıma qaxanc edirlər. Belə yaşamışam, belə olmuşam...”
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev “ATV”də yayımlanan “Gün ortası” verilişində deyib.
“Bir az da xofluyam, çünki bunu insanlar edirlər. Nə qədər yaxşı olursan, nümunəvi addımlar atırsansa, insanlar o qədər səni vururlar. Sənət aləmində beş-on nəfər yaşlı nəslin nümayəndəsi qalmışıq. Elə bil insanların yerini dar etmişik...”, - o bildirib.
Tomris

