Icma.az
close
up
RU
“Mən də İran rejiminə qarşıyam, amma”… Şahin Cəfərli

“Mən də İran rejiminə qarşıyam, amma”… Şahin Cəfərli

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Mən də İran rejiminə qarşıyam, amma…”

Sözə belə başlayanların bir qismi təkiyyəçidir və müxtəlif səbəblərdən gerçək mövqeyini gizləmə, pərdələmə ehtiyacı hiss edir. Digər qismi isə səmimidir və həqiqətən İrandakı rejimi dəstəkləmir, sadəcə, İsrailin ən azı İran qədər şər olduğunu düşünür və pinsip etibarilə xarici müdaxilələrə qarşı çıxırlar. Normal və anlaşılan mövqedir.

Gununsesi.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli deyib.

O, həmçinin qeyd edib:

“Lakin bu insanlar (səmimi olanlar) soyuq başla düşünməlidir ki, şimal sərhədimizdə Rusiyadakı rejimin, cənub sərhədimizdə İrandakı rejimin güclü olaraq qalması indi və gələcəkdə Azərbaycanın hansı maraqlarına cavab verir? Biz niyə bunu arzu etməliyik ki? Xüsusən bu kateqoriyadan olan və bir hissəsi mühacirət həyatı yaşayan müxalif insanları anlamaq çətindir. Bu gün Azərbaycan hakimiyyətinin siyasətindən narazı ola bilərsiniz və bu amil sizin AR dövlətinə bağlılığınızı və aidiyyət duyğunuzu zəiflədə bilər. Amma sabah burada demokratik bir idarəçilik qurularsa, siz hesab edirsiniz ki, Rusiya və İran rejimləri bu kövrək və zəif Azərbaycan demokratiyasını yaşadacaqlar və ona həyat haqqı tanıyacaqlar? Məsələn, İran səfiri Nəhavəndianın Gəncə qiyamından sonra, hələ Elçibəy hakimiyyəti iş başındaykən, Surət Hüseynovun yanına gedib, ona “Quran” hədiyyə etməsi yaddaşımızda unudulmaz və travmatik epizodlardan biri kimi qalıb. Rusiyanın əməllərini isə heç xatırlatmağa da ehtiyac yoxdur”.

Siyasi şərhçi son olaraq bildirib:

“Bizdən asılı olmayan səbəblərdən İrandakı rejim çökəcəksə, fəryad etməli deyilik. Yaxud sabah ABŞ Ukraynanın tərəfində müharibəyə qoşulsa, Rusiya məğlub edilsə və nəticədə Putin rejimi çöksə, ABŞ‐ın müdaxiləsini niyə qınamalı və Rusiyanın vəziyyətinə niyə üzülməliyik, başa düşmürəm. Realist və praqmatik olmaq məcburiyyətindəyik”.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Mart 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri