Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

“Mən Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası Meksikada göstərilib

“Mən Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşası Meksikada göstərilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, Anara Axundova, AZƏRTAC

Azərbaycan Dövlət Yuğ Teatrının kollektivi “Kimera” 35-ci Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında (The Quimera International Festival of Art and Culture) iştirak edib. Meksikanın Metepek şəhər bələdiyyəsi tərəfindən təşkil olunan bu tədbirə oktyabrın 10-da start verilib və 9 gün davam edəcək. Azərbaycandan gəlmiş teatr truppası rejissor Mikayıl Mikayılovun quruluş verdiyi “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasını böyük uğurla təqdim edib.

AZƏRTAC xəbər verir ki, məşhur “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğaç” boyu əsasında hazırlanan bu tamaşa oktyabrın 16-da “Teatro Quimera”nın səhnəsində təqdim edilib. Qeyd etmək lazımdır ki, bu, əlyazmanın orijinalında – oğuz dialektində səhnələşdirilən yeganə tamaşadır.

Tamaşanın quruluşçu rejissoru Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının baş rəssamı Mustafa Mustafayev, xoreoqrafı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Anar Mikayılovdur. Musiqi tərtibatı İffət Əsgərova məxsusdur. Tamaşada (iki heyətdə) rolları teatrın aktyorları - Xalq artisti Vidadi Həsənov, Əməkdar artist Qasım Nağı, həmçinin Amid Qasımov, Mətanət Abbaslı, Nigar Mürsəlova, Vüqar Hacıyev ifa edirlər.

“Yuğ” Teatrının baş rejissoru Mikayıl Mikayılov AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, bu, Azərbaycanın “Kimera” Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalında ilk iştirakıdır. Üstəlik, ölkəmiz milli teatr tarixində ilk dəfədir ki, Meksikada təmsil olunur.

“Yuğ Teatrı ölkəmizin incəsənətini təmsil etməkdən şərəf duyur. Bu, çox mühüm tarixi məqamdır. Teatrımızın poeziyası və üslubu Meksika mədəniyyətində dərin köklərə malikdir. Yuğ Teatrının formalaşma illərində biz digər vasitələrlə yanaşı, Meksika şaman ayinlərindən də istifadə edirdik və bu, bizim üçün ilham mənbəyi idi. İndi, ilk dəfə olaraq, böyük məsafə qət edərək buraya, okeanın o tayına gəlmişik. Bu, sözsüz ki, bütün kollektiv üçün həyəcanvericidir! Yeri gəlmişkən, bu mədəniyyət hadisəsi teatrımızın yaradıcısı Vaqif İbrahimoğlunun doğum gününə təsadüf etdi, 2025-ci il oktyabrın 18-də onun 76 yaşı tamam olacaqdı”.

Baş rejissorun sözlərinə görə, festivala hazırlıq gərgin şəraitdə keçib. Onlar səhnələri qurmalı və tamaşanı onun premyerası gözlənilən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsinə uyğunlaşdırmalı idilər. Mikayıl Mikayılov izah edib ki, aktyorların Meksika festivalında tamaşanı oynadıqları səhnə təxminən Gənc Tamaşaçılar Teatrındakı səhnə ilə eynidir və bu, onların adaptasiyasını asanlaşdırır. Nəzərə alsaq ki, Azərbaycanın teatr kollektivinin tamaşaya hazırlaşması üçün cəmi bir gün yarım qalıb, bu, onun işini xeyli yüngülləşdirib.

Həmsöhbətimiz “Mən - Dədə Qorqud: Epizod 1. Başlanğıc” tamaşasının beynəlxalq festivallarda nümayiş etdirilməsinin əhəmiyyətini də vurğulayıb.

O qeyd edib: “Bu, bizim mədəniyyətimizin, türk mədəniyyətinin özəyidir. Bu cür tamaşalar türk etnik qrupunun özünəməxsusluğunu əks etdirdiyi üçün müxtəlif ölkələrdə göstərilməlidir. Düşünürəm ki, bu, xarici tamaşaçıların böyük marağına səbəb ola bilər. Mədəniyyətimizi, ədəbiyyatımızı, mifologiyamızı təqdim etmək çox vacibdir”.

Hə il keçirilən “Kimera” 35-ci Beynəlxalq İncəsənət və Mədəniyyət Festivalı 1990-cı ildən təşkil edilir. Festivalda konsert proqramları, teatr tamaşaları, incəsənət, foto, kitab sərgiləri, milli mətbəxin təqdimatları nəzərdə tutulur. Meksikanın ən nüfuzlu tədbirlərindən biri hesab edilən festival bu il təxminən yarım milyon ziyarətçi cəlb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri