Icma.az
close
up
RU
“Mən “Dinamo”nu çempion görmək istəmirəm” Arda Turanın atmacalı çıxışı

“Mən “Dinamo”nu çempion görmək istəmirəm” Arda Turanın atmacalı çıxışı

Icma.az bildirir, Qol.az portalına istinadən.

"Əvvəlcə hər kəsi salamlayıram. Mən çox xoşbəxtəm. Bu, mənim üçün çox önəmlidir. Həyəcanlıyam, çünki bu, böyük bir şansdır”. 

QOL.az xəbər verir ki, bu sözləri Ukraynanın “Şaxtyor” klubunun yeni baş məşqçisi Arda Turan deyib.

39 yaşlı türkiyəli mütəxəssis futbolçularla tanışlıq xaraktetli görüşdə onlara motivasiya verib, eyni zamanda Donetsk təmsilçisinin əzəli rəqibi “Dinamo” Kiyevin ünvanına atmaca atıb.

Arda Turan çıxışında həmçinin deyib: 

“Sizin potensialınıza inanıram. Siz, doğrudan da, çox yaxşı oyunçularsınız. Müharibə hər şeyi dəyişir. Mən öz oyunçularım üçün buradayam. Biz bir ailə kimiyik.

Mən səmimi insanam. Hər zaman üz-üzə danışmağı üstün tuturam. Əgər siz səhv etsəniz, bunu birlikdə müzakirə edə bilərik. Bu, bizim üçün vacibdir.

Mən heç vaxt arxadan danışmlram – bu, birinci qaydadır. Və heç vaxt boşuna vəd vermirəm. Hər oyun özəldir, hər oyun – yeni bir hekayədir. Amma söz verirəm: hər bir oyunçu mövsümdə 20–25 oyun keçirəcək.

Bəlkə siz start heyətində kimin oynayacağını bilirsiniz, çünki ağıllısınız, amma oyunun necə bitəcəyini bilmirsiniz. Mənə hər bir oyunçu lazımdır. Əgər hamı maksimum səviyyədə çalışsa, mövsümün sonunda deyə bilərik: Biz – çempionuq. Əgər biz çempion olmaq istəyiriksə, əvvəllər etmədiklərimizi etməyə başlamalıyıq.

Kevin düşünür ki, təkbətək mübarizədə ən yaxşısıdır. Amma bizim üçün onun müdafiədə necə işləməsi vacibdir. Bilirik ki, Matviyenko ən yaxşı müdafiəçidir. Amma bizim üçün onun hücuma nə qədər qoşulacağı önəmlidir.

Biz qalib gələ bilərik, amma mən meydanda bir ailə görmək istəyirəm.

Əgər zirvədə olmaq istəyirsinizsə, hər anı birlikdə yaşayacağıq və qalib gələcəyik. Mən sizin ən yaxın dostunuzam. Çöldə biz hər şeydən danışa bilərik – keyfiyyətdən, taktikadan, həyatdan. Amma biz birlikdə əziyyət çəkəcəyik.

Mən “Dinamo”nu çempion görmək istəmirəm. Özünüzə sual vermirsiniz ki, niyə biz 20 iyunda buradayıq? “Şaxtyor” kimi böyük komandalar mövsümə 20 iyunda başlamaz. Bu, bizim üçün əsas məsələdir. Sabahdan etibarən işə başlayırıq.

Meydanda maksimum səviyyədə çalışacağıq, mümkün olanın ən yaxşısını edəcəyik. Məşqlərdə əlimizdən gələni edəcəyik. Birlikdə əyləncəli vaxt keçirəcəyik, bu bizim üçün vacib olacaq. Və addım-addım zirvəyə doğru irəliləyəcəyik. Burada olduğunuz üçün təşəkkür edirəm. Sizə inanıram, sizə güvənirəm və sizi tanıdığıma görə çox xoşbəxtəm. Hər birinizi qucaqlayıram”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://qol.az
archiveBu xəbər 21 İyun 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri