Dinamo nun əfsanəsi Arda Turanın sözlərinə necə reaksiya verdi?
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Arda Turan ''Şaxtyor''un başında hələ ki, rəsmi matçda debüt etməyib. Amma o, indidən Ukraynada müzakirələrə səbəb olub. Belə ki, onun ''Şaxtyor''un rəsmi saytına verdiyi ilk müsahibədə Kiyev ''Dinamo''su ilə bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Arda həmin müsahibədə bunları deyib:
''Dinamo''nun önəmli bir rəqib olduğunu bilirəm. Onlara böyük hörmətim var. Hədəfim onların bir daha çempionluq görməmələrinə nail olmaqdı''.
''Bu sözlər məndə hansı emosiyalar yaratdı? Yalnız bir emosiyaya səbəb oldu. Bu sözlər bizim tamamilə düzgün yolda irəlilədiyimizi göstərir. Çünki ''Şaxtyor'' yeni bir məşqçi gətirir və bu məşqçi ilk müsahibəsində ''Dinamo''dan danışmağa başlayır. Bu, bizim üçün müsbət haldı''.
Qeyd edək ki, ''Dinamo'' son çempiondu. ''Şaxtyor'' isə ötən mövsümü 3-cü pillədə tamamladı və uzun illərdən sonra ilk dəfə Çempionlar Liqasından kənar qaldı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 28 İyun 2025 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















