Icma.az
close
up
RU
“Mən həmişə “Neftçi” azarkeşiyəm, həmişə də belə olacaq” MÜSAHİBƏ

“Mən həmişə “Neftçi” azarkeşiyəm, həmişə də belə olacaq” MÜSAHİBƏ

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

80-ci illər “Neftçi”sinin önəmli simalarından biri Yaşar Vahabzadə aprelin 8-də 65 yaşını tamamladı.

Ona zəng açmaqda məqsəd doğum gününü təbrik etmək, bu yöndə suallar ünvanlamaq idi. Ancaq söz sözü çəkdi və başqa mövzulara da toxunduq.
- Yaşar müəllim, hazırda hansı işlə məşğulsuz? Futbol Veteranları İttifaqında təmsil olunursuzmu? Ümumiyyətlə, veteranların indiki durumundan razısızmı?
- Hazırda Məşqçilər Komitəsinin üzvüyəm. Futbol Veteranları İttifaqında da varam, tədbirlərində iştirak edirəm.
- 65 yaşı tamamladız. Bir daha praktik məşqçi fəaliyyəti ilə məşğul olmağa düşünürsüzmü? Klublardan və ya müxtəlif yaş qrupu üzrə yığmalardan təklif olsa, qəbul edərsizmi?
- Əslində heç bir təklif yoxdu. Bu gündən sonra sağlamlığa fikir vermək lazımdı. Məşqçi işi elədi ki, əsəb, stress keçirirsən.
- Veteran futbolçu kimi vaxtilə şərəfini qoruduğunuz klublardan və AFFA-dan yetərincə qayğı görürsüzmü?
- Ad günümdə futbol veteranları, dostlar zəng edib təbrik etdilər. “Kəpəz” klubunun rəhbərliyi də, siravi işçilər də təbrik elədi. Hamısına təşəkkürümü bildirirəm.
- Ölkə çempionatındakı durumu, turnirin səviyyəsini necə dəyərləndirirsiz? Məlumdu ki, gələn mövsümdən legioner limiti ləğv olunacaq. Sizcə, bu dəyişiklik milli komandaya necə təsir edəcək?
- Klublarda oynayan yerli futbolçulardan çox şey asılı olacaq. Onlar öz üzərində çalışmalı, rəqabəti uduzmamalıdılar. Kimlər oynayacaqsa, milliyə gələndə praktika baxımından problem yaşamayacaqlar.
- “Neftçi”nin heyətində 300-ə yaxın oyun keçirmiş futbolçu kimi “ağ-qaralar”ın indiki vəziyyətindən razısızmı? Komandada hansı dəyişikliklərə ehtiyac var?
- Məşqçilər baxımından sabitlik yoxdu. Son illərdə tez-tez məşqçi dəyişirlər. Bir məşqçi gəlir, uğurlu olmur, göndərirlər. Oyunçuların da hər məşqçiyə öyrəşməsi vaxt alır. Gələn legionerlər “Neftçi”nin adına layiq olmalıdı. Hamısı yox, amma bir çoxu buna layiq deyil. Yaxşı legionerlər gətirilməlidi ki, baş məşqçi də oyunçu dəyişəndə problem yaşamasın.
- Bir qədər keçmişə qayıdaq. Siz futbola gələndə “Neftçi ”nin heyətində başqa millətlərdən olan futbolçular çoxluq təşkil edirdi. Bu mənada azərbaycanlı Vahabzadənin respublikanın əsas komandasında heyətə düşməsi çətin olmadı ki?
- Yox, onda komanda daha çox yerli futbolçulardan ibarət idi. Başqa millətlərdən olanlar da Azəbaycan futbolunun yetirməsi idi. Mən gələn vaxtda heyətdə güclü rəqabət gedirdi. Kim güclü idisə, o da oynayırdı.
- SSRİ çempionatında keçirdiyiniz oyunlardan hansını daha çox xatırlayırsız? Hansı hücumçulara qarşı oynamaq sizin üçün daha çətin idi?
- Tbilisi “Dinamo”sunda bir hücumçu var idi – Vladimir Qtsayev. Ona qarşı oynayanda həmişə çətinliklərlə üzləşmişəm. “Ararat”la 1983-cü ilin iyununda keçirdiyimiz oyunu xüsusi qeyd edərdim. 3:0 udduq. Müstəqillik dövründə Sofiya “Lokomotiv”i ilə oyunun 90-cı dəqiqəsində uzaq məsafədən topu rəqib qapısına göndərmişdim, 2:1 hesabı ilə qələbə qazanmışdıq.
- “Neftçi” niyə SSRİ çempionatında daha yaxşı nəticə göstərməkdə çətinlik çəkirdi? Əsas problem nə idi? Komandada maliyyə durumu yaxşı deyildi, futbolçulara münasibətdə ayrı-seçkilik var idi, yoxsa baş məşqçilərin səviyyəsi daha yaxşı nəticələr əldə etməyə mane olurdu?
- Futbolçuların futboldan başqa problemi yox idi. Hər şey öz qaydasında idi.
- Baş məşqçilərdən söz düşmüşkən, onlardan hansını daha çox xatırlayırsız? Baş məşqçilərlə mübahizə etdiyiniz, münaqişə yaşadığınız hallar olubmu?
- Hər məşqçinin öz dəst-xətti var idi, biz də çalışırdıq ona riayət edək. Kiminsə adın çəkmək düz olmaz. Hamısına böyük hörmətim var.
- Siz “Neftçi”nin oyunçusu kimi tanınsaz da, bu gün ölkədə “Qarabağ”a simpatiya bəsləyənlərin sayı daha çoxdu. “Neftçi”, yoxsa “Qarabağ” sualı ilə üzləşdiyiniz hallar olurmu?
- Düzdü, son vaxtlar “Qarabağ” ölkəmizi Avropada təmsil edir, onlar Avropada oynayanda hamımız “Qarabağ” azarkeşi oluruq. Amma mən həmişə “Neftçi” azarkeşiyəm, həmişə də belə olacaq.
- Yenidən həyata gəlsəydiz, futbolu seçərdiz, yoxsa özünüzə başqa peşə tapardız?
- Respublikada tanınmağım, əldə etdiyim hər şey futbola görədi. Amma çox çətinliklərlə üzləşmişəm. İki dəfə dizimdən əməliyyat olunmuşam.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:312
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri