“Mən olan məclislərdə Xumar olmur” VİDEO
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Əməkdar artist Vəfa Zeynalova “Maşın şou”da qalmaqal yaşadığı Xumar Qədimovadan danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib.
“Xumar xanımla münasibətləri düzəltdiniz” sualına cavab olaraq bildirib ki, indiyədək onunla qarşılaşmayıb:
“Tək Xumar Qədimova yox, Aygün Kazımova, Lalə Məmmədova var idi. Orada problem yaranmamışdı, elə oyun gedirdi ki.... Mənim də ən pis cəhətlərimdən biri tez özümdən çıxmağımdır, bu xasiyyətimi sevmirəm.
Orada da əsəbə toxunan nüanslar çox idi. Hər şeyi oturub danışırdıq ki, düzgün olmalıdır. Nəticədə tərsini görürdük, qızışmaq, söz atmaq da onda başlanırdı. Sonradan başa düşdüm ki, bu, əla bir iş imiş. Sən demə, bu şou lazım olduğu üçün bunu edirdilər, şərait yaradırdılar.
Həmin an beyin belə düşünmür, fikirləşirsən ki, biz danışmışıqsa, düz oynayaq da, niyə başqa səmtə keçirsiz? Xumar xanımla heç rastlaşmamışıq, üz-üzə gəlməmişik ki, danışım, ya yox. Mən olan məclislərdə o xanım olmayıb, o olan məclislərdə də mən.”.
Sara, Bizim.Media
Baxış sayı:78
Bu xəbər 11 Mart 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















