Icma.az
close
up
RU
“Mən türkəm”, “mən müsəlmanam ...” deyən insanların bir dövləti var Azərbaycan!

“Mən türkəm”, “mən müsəlmanam ...” deyən insanların bir dövləti var Azərbaycan!

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan xalqı çoxəsrlik mübarizə tarixində fərqli siyasi quruluşlara malik onlarla dövlət yaradıb. İslam dininin qəbulu və son min il ərzində müsəlman Şərqində Səfəvilərdən xanlıqlara, quberniyalardan Cümhuriyyətə qədər əsas milli ideyamız etnik kimliyimizi qorumaq və müstəqil dövlət qurmaq iradəsi olub".

Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Millət vəkili Zahid Oruc səsləndirib. 

Deputat qeyd edib ki, Azərbaycanlıları yalnız Rusiya, Osmanlı və Pers imperiyaları arasında hüquqsuz, müstəmləkəçiliklə barışmış toplum kimi göstərmək onu zəngin və qürurlu keçmişindən qoparmaq deməkdir:

"1991-ci ildə müxtəlif ideologiyalı qüvvələr-özünü Qızılbaşlar, islamçı və türk millətçiləri adlandıranlar dövlətimizin siyasi quruluşunu qonşu ölkələrin uzantısı kimi görürdülər. Lakin milli lider Heydər Əliyev yeni Konstitusiyanın hazırlanmasına şəxsən özü rəhbərlik etdi.

Ulu öndər nə İranın dini dövlət modelini, nə də tez-tez siyasi çevrilişlərə yol açan Türkiyənin konstitusion quruluşunu qəbul etdi. 1994-cü ildə Böyük Millət Məclisində çıxış edərkən ölkə başçısı deyirdi- “Atatürkün ən böyük tarixi xidmətlərindən biri Türkiyədə demokratik və dünyəvi dövlətin əsasını qoyması Azərbaycan üçün də “təcrübə məktəbi”dir”. 

Lakin Heydər Əliyev xalqımızı öz adı ilə dünya siyasi xəritəsinə çıxardı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarı o demək idi ki, biz etnik kimliyimizi və millət adımızı heç kimə qurban verməyəcəyik. 

“Mən türkəm”, “mən müsəlmanam”, “mən şiəyəm”, “mən yəhudiyəm”, “mən azərbaycanlıyam” deyən insanların bir dövləti var-Azərbaycan!

Vətən müharibəsində fərqli bölgələrdən, müxtəlif etnik və dini inanclardan olan milyonlarla insan bir bayraq altında düşmənə qarşı birləşdi. Şəhidlər Xiyabanı xalqımızın vahidliyini əks etdirən müqəddəs məkandır. 44 günlük savaşda parlaq Qələbə xalqımıza qalib siyasi kimlik qazandırdı. 

Qarabağ Zəfəri Azərbaycanın hərbi qüdrəti ilə bərabər, milli dövlət quruluşunun da gücünü dünyaya nümayiş etdirdi.
Ölkəmiz ərazi bütövlüyünü təmin etdikdən sonra, ideoloji məkanını da işğaldan təmizləyir.

 Qərb Top of Forminsan hüquqları və demokratiyanı, İran şiəlik təbliğatını, Türkiyədə isə müəyyən qruplar etnik kimliyimizi öz maraqları üçün istismar edir, keçmiş imperiya mərkəzləri kimi bizə göstərişlər verirlər. Lakin xalqımız bir paytaxtdan-Bakıdan idarə olunur.

Dünyəvi dövlət quruluşunu qoruduğu və 21-ci əsrdə millətimizin bütövlük savaşının qalibi olduğuna görə İlham Əliyev təkcə Ulu öndər Heydər Əliyevin deyil, həm də Mustafa Kamal Atatürkün siyasi varisidir.

Qələbədən sonra suverenliyi necə qorumalıyıq? Cavab birdir-Azərbaycanın dünyəvi dövlət quruluşunu qorumaq hüququ heç bir xalqın, dinin və ya məzhəbin əleyhinə yönəlməyib. Bağçamızda böyüyən uşağın, məktəbimizdə təhsil alan şagirdin, universitetimizdə yetişən alimin, məscidimizdə, kilsəmizdə və sinaqoqumuzda ibadət edən insanların inancları fərqli ola bilər. 

Lakin hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var-Azərbaycan!

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor 
Parlament müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri