Icma.az
close
up
RU
Məndən küsdüyünü bilirəm, bütün körpüləri yandırdım

Məndən küsdüyünü bilirəm, bütün körpüləri yandırdım

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Niyə vaxtında sənin dəyərini, qədrini bilmədim, ay qız? Harada qaldı o əllə çəkilmiş kimi incə qaşların? İçi kədərlə dolsa da, sevgidən işıq saçan gözlərin? Harada soldurdun Gəncə laləsinə bənzər yanaqlarını? Hansı vaxt, hansı dərd bal süzülən nəğməli dodaqlarını buza döndərdi? İndi səni qəlbimdə min dəfə səsləyirəm. Amma sən məni eşitmirsən".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb. Gənclik fotosunu bölüşən müğənni gənc yaşları üçün darıxmasından bəhs edib:

"Allaha yalvarıram, sanki dualarım da yolunu itirib sənə çata bilmir. Səni çox axtarıram, amma heç yerdə tapa bilmirəm. Məndən küsdüyünü bilirəm. Həm də çox pis küsmüsən. Ona görə nə qədər səni çağırsam da, artıq geri dönmürsən. Çünki sənə gələn bütün körpülərimi öz əllərimlə yandırmışam. İndi isə hər şəklinə baxdıqca gözlərim yanır, qəlbim param-parça olur. Səsini xatırladıqca ruhuma soyuq çökür. "Nə gəlməz oldun?" - deyə pıçıldayıram. "Biri sənsən, biri mən..." deyirəm. Amma sən harayıma da, səsimə də cavab vermirsən. Bəzən sənə, sənli illərimə qayıtmaq üçün hər şeydən keçmək istəyirəm. Amma yenə də dönüb itirdiyim sevgimin xarabalığında, xəcil bir durna kimi çırpına-çırpına qalıram. Bir gün o yollar da səni məndən ayırdığına görə çox ağlayacaq. Çünki o yollar da, Allah da hər şeyin şahidi idi. Və o yolların özü də mənim kimi sənsizlikdən öləcək.

Əlvida, Arazın o tayından mənə baxan qız. Daha səni səsləməyəcəyəm. Nə sənə yazacağam, nə də yolunu gözləyəcəyəm. Çünki anladım ki, sən məni özünlə aparmayacaqsan. Əgər aparacaqdınsa, çoxdan göndərməzdin. Olsun. Mən sənsiz qalanda da ayaqda dura bildimsə, demək bundan böyük dağlara da sinə gərə bilərəm. Amma hərdən kövrəlib səni xatırlasam, gözlərim dolsa, ürəyim sızlasa məndən incimə. Çünki bəzi sevgilər bitmir, sadəcə, susur...".

Qeyd edək ki, A.Haşımova ötən gün xəstəxanadan görüntü yayımlayaraq, səhhətində problem yarandığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://axsam.az
archiveBu xəbər 10 İyun 2026 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri