Icma.az
close
up
RU
Sinaqoqa hücum etmək üçün məndən molotov kokteyli və əlcək istədi Məhkəmə

Sinaqoqa hücum etmək üçün məndən molotov kokteyli və əlcək istədi Məhkəmə

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid M.A. ifadə verib: 

“Mən 2024-cü ilin noyabr ayında “Instagram” sosial şəbəkəsi vasitəsilə Abdulla ilə tanış oldum, daha sonra onunla mütəmadi yazışmağa başladıq. O, mənə İŞİD-lə bağlı danışdı. Hətta orada tanışının da olduğunu dedi. Bir həftə sonra mənə qrup göndərdi.

Daxil oldum. Oxudum. Sonra başqa gizli qrup göndərdi. Üzv olmağımı istədi. Bir müddət sonra mənə sinaqoqa hücum edəcəyini dedi və bunun üçün məndən balta, bıçaq, molotov kokteyli, əlcək istədi. O mənə dedi ki, buradan sonra vaxtı çatanda başqa yerləri də partladacaqdır. Dedi ki, mən öləndən sonra işimi davam etdir. Mənə məkan göndərdi. Getdim. Maşına mindi və biz sinaqoq istiqamətində hərəkət etdik. Yolda bizi DTX əməkdaşları saxladı. Baxış keçirildi. Maşından və Abdullanın üzərindən ona məxsus əşyalar və yandırıcı maddələr aşkar olundu”.

Növbəti proses sentyabrın 22-də keçiriləcək. 

Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə təqsirləndirilir.

Məlumata görə, o, Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşan zaman DTX-nin əməkdaşları tərəfindən saxlanılıb.

İttihama görə, Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyev “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyə hazırlaşıb.

O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb və “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb. Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri