“Məndən qum torbası kimi istifadə edirdilər” Hizbullahın girovu olmuş qadın
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İraqda iki il yarım “Hizbullah”ın əsiri olandan sonra azad edilən israilli tədqiqatçı Elizabet Tsurkov ağır işgəncələrə məruz qaldığını bildirib.
Bakupost.az xəbər verir ki, “The New York Times”a verdiyi müsahibəsində Tsurkov döyüldüyünü, elektrik şokuna məruz qaldığını, cinsi təcavüz və təhdidlərə uğradığını deyib: "Onlar məndən qum (yumruq) torbası kimi istifadə edirdilər".
O, qeyd edib ki, işgəncələri dayandırmaq üçün məcburi etiraflara imza atmağa məcbur edilib.
Prinston Universitetinin doktorantı olan Tsurkov, “Hizbullahı” araşdırmaq üçün İraqa gedərkən İranın dəstəklədiyi yaraqlılar tərəfindən qaçırılıb. Onun sözlərinə görə, əsirlik dövrünün fiziki və psixoloji izləri hələ də qalır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Noyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















