Mənə həyat verən qadın
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şirinov Şirin Şükür oğlu Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Gənc yaşlarından poeziyaya meyllənib, şerlər yazıb. Ali təhsil almaq üçün paytaxta gəlib və Bakı Avrasiya Universitetinin filologiya fakültəsinə daxil olub.
Təhsil aldığı müddətdə də hisslərini, duyğularını, düşüncələrini misralara köçürüb. Tələbə yoldaşları onu şair olaraq tanıyıblar. 29 yaşlı Şirini poeziyaya aparan yol hələ çox uzundur. Bu yoldan dönməyəcəyini göstərənsə şerlərindəki səmimilik, ürəkdən gələn misralardır. Gənc şairin bir şerini oxucularımızın mühakiməsinə veririk.
Sənə qurban özüm olum,
Mənə həyat verən qadın.
Ana olub cənnəti də
Ayağına sərən qadın.
Qocalanda dizin olum,
Zəyifləyən gözün olum,
Unutduğun sözün olum,
Nəyin olum? Denən qadın.
Ağ saçların dən-dən uca
Duaların məndən uca
Bu dünyada səndən uca,
Kimsə varmı görən, qadın?!.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Yanvar 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















