Icma.az
close
up
RU
Mənəvi dəyərləri yaşadaq və tanıdaq

Mənəvi dəyərləri yaşadaq və tanıdaq

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunda (MDTF) Komitə yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

MDTF-nin icraçı direktoru Vüsal Göyüşov bildirib ki, fondun əsas məqsədi milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdə sağlam dini mühitin formalaşması, gənc nəsildə vətənpərvərlik duyğusunun möhkəmləndirilməsinə töhfə verməkdir. Fond tərəfindən müxtəlif maarifləndirici layihələr, sosial kampaniyalar, elmi-praktik konfranslar həyata keçirilir. Eyni zamanda, bölgələrdə dini icmalar, gənclər və təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində mənəvi dəyərlərin təbliği istiqamətində ardıcıl fəaliyyət göstərilir. O, şura üzvlərini “Hər məsciddə kitabxana” layihəsinin icrasına hazırlıq mərhələsində görülən işlərlə tanış edib. Bildirib ki, layihə artıq 180 məsciddə həyata keçirilib və ilin sonunadək 250-ə çatdırılması nəzərdə tutulur.

İctimai Şuranın sədri Elnur Mustafayev, sədr müavini Səadət Məmmədova, üzvləri Fuad Məmmədov, Cəbi Bəhramov, Nigar Axundova, Tural Əhmədov fondun fəaliyyəti ilə bağlı fikirlərini bölüşərək, bir sıra təklif və təşəbbüslərlə çıxış ediblər. Onlar xüsusilə, “Hər məsciddə kitabxana” layihəsini, Azərbaycan İlahiyyat İnstitutunun tələbələri üçün təsis olunan təqaüd proqramlarını təqdir ediblər. Dini maarifləndirmə prosesində vətəndaş cəmiyyəti institutlarının və ictimai fəalların rolunun artırılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə, dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində inkişaf etdirilməsi, gənclərin radikal təsirlərdən qorunması, eləcə də cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyət imkanları müzakirə olunub.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri