Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Humanitar elm milli mənəvi dəyərləri zənginləşdirir

Humanitar elm milli mənəvi dəyərləri zənginləşdirir

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri də Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətinə həsr olunub.

Çıxışında bölmənin ötənilki fəaliyyətinə toxunan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bu sahədə beynəlxalq əlaqələrin genişləndiyini, elektron hərəkatın  əhatəli vüsət aldığını diqqətə çatdırıb. Bildirib ki, Humanitar Elmlər Bölməsinin fəaliyyəti ümumilikdə müstəqil dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik kimi milli ideyaları əhatə edir və bu ideoloji istiqamətində bölmənin əməkdaşları yorulmadan çalışırlar. Həmçinin bölmə əməkdaşlarının dövlət başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamından irəli gələn vəzifələrlə bağlı sanballı fəaliyyət göstərdiklərini söyləyən akademik görkəmli ədibə həsr olunmuş 10-dan çox kitabın ərsəyə gətirildiyini, X Bakı Beynəlxalq Kitab Sərgisində ictimaiyyətə təqdim edildiyini vurğulayıb.

Elmi nəşrlərdən danışan akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Türkiyənin Dərgi Park elektron baza reyestrinə daxil edildiyini, hazırda bu siyahının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini söyləyib. Bundan əlavə, akademiyada işıq üzü görən 31 jurnalın elektron bazasının yaradılması istiqamətində AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin tədbirlər gördüyünü bildirib. Qeyd edib ki, jurnalların elektron resurslarının zənginləşdirilməsi gələcəkdə həmin nəşrlərin beynəlxalq bazalarda xülasələndirilməsinə meydan açacaq.

Akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin “Divanü lüğat-it türk” əsərinin 950 illiyi ilə əlaqədar Xalid Səid Xocayevin tərcüməsi əsasında AMEA-nın Dilçilik İnstitutu tərəfindən çap olunmuş lüğətin yeni nəşrinin UNESCO səviyyəsində təqdimatının keçirilməsinin akademiyanın 80 illik tarixində nadir hadisələrdən biri olduğunu deyib.

İclasda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədrinin müavini, akademik Teymur Kərimli bölmə əməkdaşlarının 2024-cü ildə səmərəli fəaliyyət göstərdiklərini əsaslandırıb.   “Yaşıl dünya naminə həmrəylik ili” və dövlət başçısının sərəncamlarından irəli gələrək bir çox işlər görüldüyünü   vurğulayıb.

Daha sonra Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı bölmənin hesabatını təqdim edib. Diqqətə çatdırıb ki, 2024-cü ildə HEB-in elmi müəssisələrdə 34 problemə aid 71 mövzuya dair 437 tədqiqat işi, 104 mərhələ aparılıb, 11 mövzu, 259 iş, 100 mərhələ tamamlanıb. O qeyd edib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 140 kitabı (7-si xaricdə), 60 monoqrafiyası (8-i xaricdə), 1828 məqaləsi (430-u xaricdə), 345 tezisi (157-si xaricdə), 11 dərslik, dərs vəsaiti və elmi-kütləvi nəşri çap edilib, bu məqalələrdən 20-si “Web of Science” və “Scopus” bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub, əməkdaşların əsərlərinə 384 istinad qeydə alınıb.

Humanitar Elmlər Bölməsi tərəfindən “Yaşıl dünya naminə həmrəylik: COP29-un çağırışları və humanitar elmin vəzifələri”, “Klassik divan ədəbiyyatında bitki obrazı”, “Azərbaycan folklorunda təbiət kultu”, “Memarlıq və incəsənətdə yaşıl dünya” mövzusunda konfranslar, “Əlyazmalarda təbiət motivləri və nəbati elementlər” adlı sərgi təşkil edilib, “Ekolinqvistika: Oğuz qrupu türk dillərində flora və fauna leksikası” və “Ekolinqvistika: oğuz qrupu türk dillərində relyef və iqlim leksikası” kitabları çap olunub.

Məruzəçi, həmçinin yubileylər, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısının sərəncamları çərçivəsində görülmüş işləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar 4 kitab çap olunub, 4 tədbir təşkil edilib, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı 11 kitab, 3 konfrans materialı və “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb, 2 beynəlxalq və 4 respublika konfransı, 1 simpozium, 1 konfrans və 1 tədbir keçirilib. Bundan əlavə, Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə əlaqədar 2 kitab nəşr olunub, 4 tədbir təşkil edilib, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı isə 5 kitab çapdan çıxıb, 1 konqres, 1 respublika konfransı və 2 elmi sessiya keçirilib.

Qərbi Azərbaycana qayıdış çərçivəsində isə bölmənin əməkdaşları tərəfindən çoxsaylı lüğət, kitab”, elmi araşdırmalar toplusu nəşr olunub, 2 respublika konfransı təşkil edilib.

Bundan əlavə, məruzəçi AMEA-nın İraq–Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının fəaliyyətinə də toxunub, professor Qəzənfər Paşayevin Rəyasət Heyətinin iclasında “Azərbaycan İraq-türkman araşdırmaları: yekunlar və vəzifələr” mövzusunda elmi məruzəsinin dinlənildiyini, “İraq-türkman folklor mühitinin çağdaş durumu”, “Çağdaş türkman ədəbiyyatı” mövzusunda elmi seminarların keçirildiyini deyib, nəşrlər və s. haqqında məlumat verib.

Həmçinin bölmə əməkdaşlarının elmmetrik göstəriciləri təqdim edilib, kadr potensialı və kadr hazırlığı, elmin populyarlaşdırılması istiqamətində atılan addımlar, bölmənin elmi jurnalları, beynəlxalq əməkdaşlıq və təltiflər və s. barədə məlumatları diqqətə çatdırılıb.

Hesabat ətrafında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və filologiya elmləri doktoru Sərxan Xavəri çıxış edərək Humanitar Elmlər Bölməsinin 2024-cü ildəki fəaliyyətini yüksək qiymətləndirib, bir sıra təkliflərini səsləndiriblər.

Ə.ƏLİYEV  
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Yanvar 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri